Ötən gün keçirilən növbədənkənar parlament seçkilərini həm də yüzlərlə beynəlxalq müşahidəçi izləyib. Onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası da olub. Həmin qurumlar bu gün seçkilərə bağlı bəyanat yayıblar.
Mikroskop bəyanatın əsas məqamları təqdim edir.
Mənfi hallar:
- Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb
- Bəzi perspektivli insanların öz namizədliyini irəli sürmək hüququ əlindən alınsa da, namizədlərin qeydiyyatı tam əhatəli olub
- Qadın namizədlərin iştirak səviyyəsi aşağı olub. Qeydə alınan 55 siyasi partiyanın heç birinin rəhbəri qadın deyil və namizədlərin yalnız 21%-i qadındır
- Namizəd sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması seçicilərin nəticəyönümlü seçimlə təmin olunmamasına səbəb olub
- Bir çox namizədlər seçicilərlə ünsiyyət üçün sosial mediadan istifadə edib. Ancaq bu, ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının işıqlandırılmasının əskikliyini kompensasiya edə bilməyib
- Ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının ciddi işıqlandırılmaması, ictimai və televiziya debatlarının olmaması cəmiyyətin seçkiyə diqqətinin az olmasına səbəb olub
- Səsvermə prosesində bəzi nöqsanlara yol verilib və bunlar nəticələrin düzgün əldə edilib-edilməməsi məsələsində narahatlıqlar doğurur
- Səsvermə günü səslərin sayılması və hesablanması zamanı əhəmiyyətli qayda pozuntuları müşahidə olunub
- Ümumilikdə təbliğat-təşviqat kampaniyası rəqabətli mübarizə mühitində keçməyib
- Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sərbəst seçki hüququnun pozulmasına dair 23 iş üzrə qərarı icra olunmayıb və bu bəzi potensial namizədlərin seçkilərdə iştirakına mane olub
- İfadə, sərbəst toplaşmaq, birləşmək, hərəkət azadlıqları, məlumat əldə etmək və siyasi həyatda iştirak etmək hüquqlarının konstitusiya təminatlarına baxmayaraq, bu azadlıqlar əsas qanunvericiliklə ciddi şəkildə məhdudlaşdırılıb
- İlqar Məmmədov və digərlərinin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına zidd olaraq, bir sıra potensial namizədlərin seçkilərdə iştirakına imkan verilməyib
- Bəzi müstəqil müşahidəçilər qrupunun siyasi mənsubiyyətinin olması əhəmiyyətli narahatlıq doğurub
Müsbət hallar:
- Məcburi köçkünlərin seçkilərdə iştirakının təmin edilməsi üçün göstərilən səylər yüksək qiymətləndirilir
- Seçki keçirən qurum resurslarla yaxşı təmin olunub və qanuni tələblərə cavab verib
- Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət üçün razılaşdırılmış səylər göstərib və beynəlxalq müşahidəçiləri xoş qarşılayıb
- 89 mindən çox yerli müşahidəçi akkreditə edilib. Onların 62%- dən çoxu iştirakçıların nümayəndələri, 34%- müstəqil müşahidəçilər, 4%- faizi qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb