Bu gün İranda Parlament seçkiləri keçirilir. Parlament üzvlüyünə namizədlər 290 yer uğrunda mübarizə aparacaq. Hazırkı parlamentin 90 üzvünün namizədliyi isə qeydə alınmayıb.
Kimlər səs verəcək: Rəsmi məlumat görə, İranda seçicilərinin təxminən üçdə biri 18-30 yaş arasındadır və seçicilərin 49.9%-i qadınlardır. Əvvəllər sözü gedən hər iki qrup sosial həyatda məhdudiyyətləri azaldacağını vəd edən namizədlərin tərəfdarları idilər.
Mütəxəssislər hesab edir ki, reformistlərin lideri Həsən Ruhani ölkədə dəyişikliyə inanaları məyus etdiyi üçün seçkidə aktivlik aşağı düşəcək.
“Əvvəllər səs verirdim, çünki düşünürdüm ki, bu, daha çox azadlıq gətirəcək”. Bu sözləri “Reuters” agentliyinə müsahibəsində qida şirkətlərindən birinin adının açıqlanmasını istəməyən rəhbəri deyib. Tehran sakini olan həmin şəxs seçkilərdə səs verməyi planlaşdırmadığını bildirib.
Seçkilərdə aktivlik necə olacaq: İranda ötən 2012-ci il parlament seçkilərində seçici aktivliyi 66%, 2016-cı ildəsə 62% olub. İranın Mühafizə Şurasının sözcüsünün açıqlamasına görə, ötən cümə günü ali dini lider Ayətullah Xameneyi seçkidə iştirakın dini vəzifə olmağını deməyi belə aktivliyi artırmayacaq.
Namizədlərin yoxlanmasına cavabdeh olan qurum da seçkilərdə aktivliyin 50%-dən çox olmayacağını ehtimal edir.
Səs vermək istəyirəm, bu bir vətəndaş kimi borcumdur. Lakin azad seçkidə səs verəcəyəm. Bu, azad seçki deyil.
19 yaşlı Təbriz sakini Setareh. O, soyadını açıqlamaqdan imtina edib.
İranda yaşayan azərbaycanlılar seçkidə necə iştirak edəcək: İranda daha çox azərbaycanlıların sıx yaşadığı Urmiya şəhərinin sonuncu çağırış parlamentindəki nümayəndəsi Nadir Qazipurun namizədliyi qeydə alınmayıb. Nadir Qazipur namizədliyinin qəbul edilməməsində onun pantürkist olmasının əsas gətirildiyini bildirib. O deyir ki, İranın Qərbi Azərbaycan vilayətinin keçmiş valisinin verdiyi hesabatlar nəticəsində pantürkistlikdə ittiham olunur.
Bizi kafir və nalayiq adlandıranları, biz özümüz seçmişik. Deməli, ən çox onların özü kafir və nalayiq şəxslərdir. Mənim pantürkist olduğumu iddia edirlər. Əgər elədirsə, o zaman mən Xuzistan, Piranşəhr və ya Sərdəştdə nə üçün savaşırdım?!
Urmiyanın hazırkı millət vəkili Qazıpur ittihamlara cavabında deyir.
Əhali nədən narazıdır: Qadınlar və gənc iranlıların şikayətləndiyi digər məqam ABŞ-ın İrana sanksiyaları ilə kəskinləşən iqtisadi böhrandır. İran Statistika Mərkəzinin dekabr ayında açıqladığı rəsmi məlumatlara görə, 18-35 yaş aralığında işsizlik nisbəti 17,9%, bu yaş aralığında qadınlar üçün 29,3% -dir.
Beynəlxalq Valyuta Fondunun İranla bağlı hesabatında 2019-cu ildə iqtisadiyyatın 9.5% zəiflədiyi, inflyasiyanın isə 38%-i keçdiyi qeyd olunur. Sanksiyalardan qaynaqlanan çətinliklər olsa da iranlıların bir qismi düşünür ki, ölkənin iqtisadi disfunksiyasının səbəbi idarəetmə və korrupsiyadır.
Sistem xarabdır. Səsim onları hakimiyyətdə qalmağa vadar edəcək. Səs vermə!
25 yaşlı Afşin adlı Tehranlı tələbə