Cümə axşamı, 15 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Koronavirus dünya iqtisadiyyatına nə qədər ziyan vurur?

26 Fevral 2020
Koronavirus dünya iqtisadiyyatına nə qədər ziyan vurur?

Şəhər sakini Yaponiyanın Nikkei 225 indeksini göstərən lövhənin qarşısından keçir. Tokio, Yaponiya. Foto: Eugene Hoshiko/AP

Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı və aparıcı ticarət ölkəsidir. Buna görə də koronavirusdan qaynaqlanan iqtisadi zəifləmə qlobal artım üçün risklər yaradır. “Reuters”in soğrusunda iştirak edən iqtisadçılar, Çinin əvvəlki rübdə qeydə alınan 6 faizlik iqtisadi artımının 4,5 faizə enəcəyini ehtimal edir. Ekspertlər bunun 2008-ci ildəki maliyyə böhranından sonra ən aşağı artım tempi olduğunu deyir.

Neftə tələbat necə dəyişəcək: Çin dünyanın ən böyük neft idxalçısıdır. Beynəlxalq Enerji Agentliyi (BEA) proqnozlaşdırır ki, koronavirus sənaye və daşınmaya zərbə vurduğundan qlobal neft tələbatı on il ərzində ilk dəfə azalacaq.  “Yeni koronavirus (COVID-19) və Çin iqtisadiyyatı kompleks şəkildə bağlandığına görə qlobal neft tələbatı aşağı düşəcək. Neft tələbatının 2020-ci ilin birinci rübüylə illik müqayisədə 435 000 barel azalacağı gözlənilir” – BAE-nin hesabatında qeyd edilib.

Koronavirus hava yolu şirkətlərinə necə təsir edib: Çində uçuşların üçdə biri, yəni təxminən 85 mindən çoxu ləğv edilib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) deyir ki, 2020-ci ilin ilk rübündə ləğv olunan uçuşlara görə qlobal hava yolu gəlirlərinin 4-5 milyard dollar azalacağı gözlənilir. “Air Canada”-dan “United Airlines”-ə, Türk Hava Yollarından “Air France”-a qədər bir çox hava yolu şirkəti Vuhan başda olmaqla Çinin bəzi şəhərlərinə uçuşları dayandırıb. Aaralarında ABŞ, Avstraliya və Sinqapur da olmaqla bəzi ölkələr isə Çinə səfər edən əcnəbilərin ölkələrinə girişini qadağan edib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı “Kovid-19” epidemiyasının Asiya hava yolu şirkətlərinə olan tələbatın 13% azalması ilə nəticələndiyini və buna görə də qlobal hava yolu şirkətlərinin 29 milyard dollarlıq gəlir itkisinə məruz qalacağını ehtimal edir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı çinli turistlərin azalmasına görə Yaponiya turizminin ilin 1-ci rübündə 1,29 milyard, Taylandın isə 1,15 milyard dollar gəlir itirəcəyini proqnozlaşdırır.

Koronavirus insanları qoruyucu maskadan istifadə etməyə məcbur edir. Honq-Konq küçələrində də qoruyucu maskasız gəzən görmək çox çətindir. Foto: Achmad Ibrahim / AP

Çindəki beynəlxalq şirkətlərin vəziyyəti necədir: İstehsalatı Çində olan xarici markalar da ciddi şəkildə zərər çəkir. “KFC”, “Pizza Hut”, “Starbucks” və “McDonalds” kimi şəbəkələr yüzlərlə restoranı bağlamaq məcburiyyətində qalıb. Fəaliyyətini dayandırmayanlar isə tədarük çatışmadığına görə məhdud xidmət göstərir.  “Apple”-ın Çindəki tərəfdaşı “Foxconn” istehsalatın ləngiməsiylə üzləşir. “Apple” açıqlayıb ki, epidemiya şirkətin yanvar-mart aylarında əldə etməyi nəzərdə tutduğu 63-67 milyard dollarlıq gəlirə çata bilməyəcək. “Hilton” otellər şəbəkəsi isə virusa görə Çində təxminən 150 oteldə 33 min otağın bağlı olduğunu açıqlayıb. “Nike” da Çindəki mağazalarının təxminən yarısını bağladığını, qalan mağazalarda isə gözləniləndən daha aşağı satış olduğunu deyir.

ABŞ-ın Çin dərmanlarından asılılığına necə təsir edəcək: Bu gün ABŞ-da satılan dərman vasitələrinin təxminən 80%-i Çində istehsal olunur. Bu rəqəm böyük olsa da yeganə problem deyil. Çin bəzi həyati əhəmiyyətli dərmanların aktiv tərkib hissəsi üçün ən böyük və bəzi hallarda isə yeganə qlobal təchizatçısıdır. Döş və ağciyər xərçəngini müalicə edən dərmanların aktiv maddələri və bəzi antimikrobiyal davamlı infeksiyalara qarşı “Vancomisin” antibiotiki demək olar ki, yalnız Çində hazırlanır. Çin təkcə dərman vasitələri istehsal etmir, bu ölk də həm də ABŞ-ın ən böyük tibbi cihaz təminatçısıdır. Bu cihazlar arasında MRT, bir çox cərrahi alətlər və qanda oksigen səviyyəsini ölçən avadanlıqlar var. Koronavirus hələ ki, bu məhsulların tədarükünə ciddi təsir etməyib, amma Çin ABŞ-ı bu cihazlar və dərmanlarla təmin edə bilməsə, minlərlə amerikalı ölə bilər. Çinin çatışmazlığını aradan qaldırmaq üçün isə seçim məhduddur. ABŞ-ın istehsal gücünü artırmaq və Çindən asılılığı azaltmaq üçün Qida və Dərman İdarəsi lisenziyasını almağa kömək edən infrastruktur inkişaf etdirilməlidir. Bu da illərlə vaxt ala bilər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia