Bazar ertəsi, 17 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Koronavirusdan qorunmaq üçün sərhədləri bağlamaq nə qədər effektivdir? İzah edirik!

27 Fevral 2020
Koronavirusdan qorunmaq üçün sərhədləri bağlamaq nə qədər effektivdir. İllustarasiya: mikroskop media, Foto: Atta Kenare / AFP, Yegor Aleyev / TASS

Bir neçə gün əvvəl İrandan Azərbaycana gələn bir neçə şəxs koronavirusa yoluxma şübhəsilə nəzarətə götürülüb. Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, hazırda Azərbaycanda 186 nəfər bu virusa görə karantindədir. Onların yarıdan çoxu ölkənin İranla sərhədə yaxın, cənub bölgəsindədir.

Qonşu İran koronovirusdan ölənlərin sayına görə Çindən sonra ikinci yerdədir. Son məlumatlara görə, ölkədə 245 nəfər bu virusa yoluxub, 26 nəfər isə həlak olub. Artıq Yaxın Şərqdə 11 ölkə İranla hava və quru sərhədlərini bağlayıb. İranla sərhədlərini bağlamayan tək ölkə Azərbaycandır.

Koronavirusdan qorunmaq üçün sərhədləri bağlamaq nə qədər faydalıdır? Bununla bağlı qərarı hansı qurum qəbul edir? Sərhədləri bağlamağın hansı müsbət və mənfi tərəfləri var? Mikroskopun suallarını iqtisadçı Toğrul Vəliyev cavablandırır

1

Koronavirusdan qorunmaq üçün qonşu ölkələrlə sərhədi bağlamaq nə qədər effektivdir ?

Sərhədləri bağlamaq orta əsrlərdən bəri tətbiq olunan təcrübədir. Sadəcə o vaxt şəhərləri bağlayırdılarsa, indi sərhədləri bağlayırlar. Burada ciddi bir problem yoxdur. Yəni, sərhədlər adətən,  ticarət və mal dövriyyəsi üçün bağlanmır. Əsasən sərnişin daşınması üçün bağlanır. Əgər əmtəə mübadiləsi zaman virus ötürülməsi ehtimalı olursa, o zaman o da dayandırılır.

2

Sərhədləri bağlamağın nə xeyri var?

Sərhədlər dərhal bağlansa, o zaman hər hansı bir virusun keçməsi ehtimalı aşağı düşür. Əgər dərhal bağlanmasa, əlbəttə ki, orada problem yaşana bilər. Məsələn, Azərbaycanın İranla sərhədi bağlamaması bizdə virus olma ehtimalını artırır.

3

Sərhədləri bağlamağın ziyanı nədir? 

Ölkə ilə sərhədin, gediş-gəlişi bağlamağın ziyanlı tərəfi odur ki, bu, ən çox turizmə, ölkələr arasında münasibətlərə, səfərlərə təsir edir. Misal üçün , faktiki olaraq Çin bütün sərhədlərini bağlayıb, aviauçuşlar azalıb, aviaşirkətlərə xeyli ziyan dəyib. Azərbaycan da sərhədini bağlasa, bu həm sərhədyanı ərazidə yaşayan əhali üçün böyük bir ziyan olacaq, həm də sərnişin daşıyanlara ziyan dəyəcək. Çünki, sərhədyanı bölgələrdə sərnişindaşıma ciddi qazanc mənbəyidir. Azərbaycandan İrana səhiyyə və turzim məqsədilə xeyli insan gedir. Bunun dayanması da o ərazilərdə yaşayan əhalinin gəlirinə ciddi təsir edəcək.

4

Sərhədin nə vaxt və hansı müddətə bağlanmasını müəyyən edən qurum hansıdır? 

Azərbaycanda sərhədin bağlanması barədə müvafiq qərarı Nazirlər Kabineti və ya digər icraedici orqanlar verir. Bunu həyata keçirən qurum idə Dövlət Sərhəd Xidmətidir. Sərhədin hansı müddətə bağlı qalması barədə qərarı isə Səhiyyə Nazirliyi verir. Səhiyyə Nazirliyi bunu sərhədin bağlandığı ölkədəki vəziyyətin monitorinqinə əsasən müəyyən edir. Dövrün uzadılması, yaxud qısaldılması epidemiyanın yayılması və ya qarşsının alınmasına uyğun aparılır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia