Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Türkiyə Silahlı Qüvvələri hücuma məruz qalıb, 33 əsgər həlak olub – YENİLƏNİR!

28 Fevral 2020
YENİLƏNİR! Son xəbərlər əvvəldədir!
Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı konvoyu. Foto: Ghaith Alsayed / AP

05:05 Ərdoğanın başlığı ilə keçirilən və 6 saat davam edən Təhlükəsizlik Toplantısı ilə bağlı mətbuata açıqlama verilib. Açıqlamaya görə, hazırda Türkiyə ordusu Suriyanın məlum olan bütün hədəflərinə atəş açır. Türkiyənin açdığı atəşlə bağlı video görüntülər Türkiyə televiziyalarında yayımlanır .

05:00 ABŞ Dövlət Departamenti Türkiyə ordusuna hücuma münadibət bildirib və narahat olduğunu açıqlayıb. Departament NATO-nun öz müttəfiqi Türkiyəni dəstəkləyəcəyini deyib.

Biz NATO müttəfiqimiz olan Türkiyəni dəstəkləyir və Rusiya və İran qüvvələrinin dəstəklədiyi Əsəd rejimini bu hücumu dərhal dayandırmaqla bağlı çağırışımızı davam etdirəcəyik.

ABŞ Dövlət Departamentinin bəyanatından

03:50 NATO-nun baş katibi Yens Stoltenberq Suriyanın İdlib bölgəsində Türkiyə ordusuna hücuma münasibət bildirib. O, Suriya hökumətini və onu dəstəkləyən Rusiyanı hücumları dayandırmağa çağırıb.

Suriya hökumətinin ölkənin şimal qərbindəki İdlib bölgəsində yerləşən qüvvələri Türkiyə Silahlı Qüvvələrinə hava hücumu edib. Türkiyənin Hatay vilayətinin valisi Rahmi Doğan xəbəri təsdiqləyib. O deyib ki, son məlumata görə, Türkiyə ordusunun 22 əsgəri həlak olub. Valinin sözlərinə görə, hücum nəticəsində çoxlu sayda əsgər yaralanıb və hazırda onların müalicəsi davam etdirilir.

Hücumdan sonra nələr baş verib: Hücumdan sonra ölkədə sosial şəbəkələrə girişdə və internetin istifadəsində məhdudiyyət yaranıb. Məlumata görə, “Facebook”, “Twitter” və “Instagram” sosial şəbəkələrinə giriş bağlanıb. İstifadəçilər VPN-dən istifadə edərək sosial şəbəkələrə daxil ola bilib. Bəzilərində isə VPN-lə də giriş mümkün olmayıb!

https://www.facebook.com/cfeiland/posts/10156856804781881

Reuters Agentliyi Tükiyənin suriyalı mühacirlərlə bağlı qərarı barədə məlumat yayıb. Məlumata görə, Türkiyə suriyalı mühacirlərin quru və ya dəniz yolu ilə Avropaya keçməyinə mane olmayacaq.

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Naço Sançez Amor hücumla bağlı sosial şəbəkədəki hesabından açıqlama yayıb.

Very sorry for the loss of TK soldiers lives and deeply concerned about recent developments around #Turkey #Idlib and #Refugees I do regret to repeat my recent statements: EU is far reliable than the new powerful Turkey’s friends. You’d better abandon unilateralism, is not paying

— Nacho Sánchez Amor (@NachoSAmor) February 27, 2020

O, əsgərlərin həlak olmasına çox təəssüfləndiyini bildirib. Məruzəçi deyib ki, o, Türkiyə, İdlib və mühacirlərin hazırkı vəziyyətindən narahatdır. Amor hesab edir ki, Avropa Birliyi Türkiyənin yeni dostlarından daha etibarlıdır.

Türkiyənin Rabitə naziri Fahrettin Altun Türkiyə ordusuna edilən hücuma rəsmi münasibət bildirib. Anadolu Agentliyi yazır ki, o, əsgərlərin qanının yerdə qalmayacağını deyib.

Suriyadakı fəaliyyətimiz bayrağımıza uzanan əllər qırılana qədər davam edəcək. Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq.

Türkiyənin Rabitə naziri Fahrettin Altun

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia