Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda 1 il ərzində 184 qadın məişət zorakılığına məruz qalıb

06 Mart 2020
A A

Azərbaycanda 2019-cu il ərzində ən azı 184 qadın məişət zorakılığına məruz qalıb və onlardan 54-ü ölüb, digərləri isə müxtəlif bədən xəsarətləri alıb. Bu rəqəm ən azıdır, çünki Azərbaycanda məişət zorakılığına məruz qalan qadınların sayı, onların sonrakı vəziyyəti, təhlükəsizliyinin təmin olunması barədə əsaslı rəsmi məlumat yoxdur.

Mikroskop Media müxtəlif saytlarda, xəbər agentliklərində dərc olunan məlumatlar əsasında monitorinq aparıb. Həmin monitorinq nəticəsində qeyd olunan rəqəm ortaya çıxıb.

https://www.facebook.com/MikroskopMedia/photos/a.171328260258591/562633691128044/?type=3&theater

Bir çoxunda hadisənin təfərrüatının yazıldığı bu xəbərlərə əsasən məlum olur ki, qadınlara qarşı ən çox birgə nikahda olduqları adamlar, qardaşları, keçmiş ərləri, qaynataları, qayınları və bəzən də kürəkənləri zorakılıq törədir. Onlar müxtəlif küt alətlərlə döyülür, bıçaqlanır, yumruqlanır, avtomobillə üstündən keçilərək öldürülür və hətta yandırılır.

Zorakılıqla üzləşib həyatını itirmək qadının mütəmadi üzləşdiyi təzyiqin son hissəsidir. Hətta bəzən ərlər qadınları əvvəlcə dəfələrlə öldürməyə cəhd edir və sonra buna nail olur. Fəridə Məmmədova həmin qadınlardan biridir. Bir neçə dəfə onu öldürmək istəyən əri, buna 2019-cu il may ayında nail olub və iki, azyşalı uşağının gözü qarşısında onu qətlə yetirib.

Monitorinq əsasında o da müəyyən olub ki, Azərbaycanda zorakılıqla üzləşdiyinə görə polisə şikayət etmək üstündə döyülən qadınlar da var. Onlardan biri hətta Mingəçevir Polis Şöbəsində ikən döyülüb.

Qadınlara qarşı məişət zorakılığının “əsas”ları çox müxtəlifdir, təkcə polisə şikayət deyil. Mətbəxdə natəmizlik, çirkli qabların olduğuna görə də döyülən və üzərinə benzin tökülüb yandırılan qadınlar var.

Yuxudan oyanıb Ceyhunun yanına getdim. Saçımdan yapışıb qabyuyana sarı apardı. Qabların niyə çirkli olduğunu soruşdu. Dedim, çayını iç, indi hamısını yuyub təmizləyəcəyəm. Lakin səliqəsizliyi, natəmizliyi bəhanə edib məni döydü, təpiklə vurdu. Oğlumu qonşuya benzin almağa göndərdi. Uşaq atasının qorxusundan pulu götürüb çıxdı.

Rəna Aslanova (zorakılığa məruz qalan qadın)

Qadınların bir qismi də evdəki münaqişədən, bu münaqişə zamanı üzləşdiyi zorakılıqdan qurtulmaq üçün özünü evin pəncərəsindən atır. Belə ən azı iki hal 2019-cu ildə baş verib və həmin qadınlardan birinin ayağı sınıb, digəri də xəsarət alıb.

Öz ailə üzvləri tərəfindən döyülən, öldürülən, işgəncəyə məruz qalan qadınların sayını müəyyənləşdirmək kifayət deyil. Yazılan xəbərlər, baş verən hadisələr həm də onu göstərir ki, intihar edən qadınların da hekayələri araşdırılmalı, onları bu həddə necə çatdıqları müəyyən olunmalıdır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia