Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda koronavirusdan ilk rəsmi ölüm halı qeydə alınıb

12 Mart 2020
A A
Azərbaycanda 224 nəfər koronavirus şübhəsilə karantindədir

Koronavirus təhlükəsinə görə Bakı sakinləri maskadan istifadə edir. Foto: screenshot / MeydanTV

Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirusa yoluxduğuna görə karantində olan 1 nəfərin vəfat etdiyi barədə məlumat yayıb. APA yazır ki, İranda müalicə olunduqdan sonra ölkəyə qayıdan 1969-cu il təvəllüdlü Azərbaycan vətəndaşının səhhətində xroniki problemlər də olub.

Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib.

Qərargahın məlumatında deyilir

Xəstə nəzarətə götürülüb intensiv müalicə olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Onun ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər karantinə götürülüb.

Nə baş verir: Dekabrın sonunda Çinin Vuhan şəhərindən yayılmağa başlayan koronavirus bu günə qədər 4 mindən çox insanın ölümünə səbəb olub. Hazırda İtaliya və İran bu virusun ən geniş yayıldığı ölkələrdəndir. Bir çox ölkələrdə eləcə də Azərbaycanda virusun yayılmasının qarşısını almaq üçün məktəb və universitetlərdə tədris müvəqqəti dayandırılıb, kütləvi tədbirlər ləğv edilib. Virusa görə, bu il Azərbaycanda Novruz şənlikləri də qeyd olunmayacaq.

ÜST nə deyir: Ümumdünya Səhiyyə Təşkilatı martın 12-də virusu pandemiya elan edib. ABŞ isə Avropadan bu ölkəyə uçuşları 1 aylıq dayandırıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia