Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Nəfəs” LGBT Azərbaycan Alyansı kiber hücuma məruz qalıb

“Nəfəs” LGBT Azərbaycan Alyansı kiber hücuma məruz qalıb

LGBT fərdləri Bakıda. Foto: Minority Azerbaijan

“Nəfəs” LGBT Azərbaycan Alyansına aid bir neçə səhifə, eləcə də LGBT və feminist qruplar martın 12-də kiber hücuma məruz qalıb. “Nəfəs”in nümayəndəsi Səməd İsmayılov Miroskop-a deyib ki, “Minority Azerbaijan” səhifəsi də ələ keçirilib və son 3 ildəki bütün paylaşımlar silinib.

Gülnara Mehdiyevanın şəxsi “facebook” profili ələ xaker hücumu ilə ələ keçiriləndən sonra səhifə və digər qruplar ələ keçirilib. Biz əvvəldə onu səhifə adminliyindən silmək istədik, amma adminlər sırasında görünmədi. Əvvəlcə təhlükənin sovuşduğunu düşündük. Bu gün səhər isə səhifədən bildiriş aldıq ki, səhifə silinməyə qoyulub. Bacardığımız qədər müdaxilə etdik, amma alınmadı

S. İsmayılov deyir.

S.İsmayılov şəxsi hesablarının və email ünvanlarının da təhlükədə olduğunu deyir. O və Gülnara Mehdiyeva ilə yanaşı digər fəallar, Vahid Əliyev və Cavid Nəbiyevin də “facebook” və “gmail” hesablarına giriş cəhdləri olub. Fəallar eyni zamanda saytın da təhlükə altında olduğunu düşünür və bundan narahatdır.

“Minorty Azerbaijan” səhifəsi xaker hücumundan sonra

Gülnara Mehdiyevanın “facebook” profilinə isə xaker hücumu martın 8-dən başlayıb. Martın 11-də günorta saatlarında isə onun “telegram” hesabı, emaili və “facebook” hesabı ələ keçirilib. Onun hesabından idarə olunan bütün qrup və səhifələr silinib.

Bütün bunları 8 martdakı yürüşlə birbaşa əlaqələndirirəm. Mən “facebook” hesabımda mobil telefonumun nömrəsini əlavə etmədiyim halda nömrəm ora əlavə edildi və təsdiqləndi. Mən özüm isə telefonumda heç bir təsdiq kodu almadım. Belə başa düşürəm ki, “Bakcell” mənə gələn bildirişləri xakerə ötürür. Bir müddət sonra mən profilimi bağlatdırsam da çox güman ki, xaker şəxsiyyət vəsiqəmi ələ keçirərək onu yenidən açdı. Hesab edirəm ki, yürüşün digər təşkilatçıları da təhlükə altındadır

G.Mehdiyeva deyir.

Aktivistlər bu hücumların hakimiyyət tərəfindən edildiyindən şübhələnir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia