Cümə, 5 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tofiq Yaqublu barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib

23 Mart 2020
Tofiq Yaqublu barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib

Tofiq Yaqublu Nizami Rayon Prokurorluğuna aparılır. Foto: Nigar Həzi / 23 mart, 2020

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində 3 ay həbs qətimkan tədbiri seçilib və o 3 saylı İstintaq Təcridxanasına aparılıb. Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb. Qərarı bu gün Nizami Rayon Məhkəməsi çıxarıb. T.Yaqubluya Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Nə baş verib: Ötən gün Tofiq Yaqublu ona qarşı təxribat törədildiyi barədə məlumat yayıb. O bildirib ki, 8-ci kilometr bazarı yaxınlığında onun dayanmış halda olan maşını qəsdən vurulub və maşındakılar Tofiq Yaqubluya hücum edib. Bundan sonra siyasi fəala cinayət işi açılıb. O, ifadə vermək üçün dəvət olunsa da vəkili Elçin Sadıqov uzun müddət onun yanına buraxılmayıb.

DİN nə deyir: Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Qurumun Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib ki, Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun “VAZ-2107” markalı avtomobili ilə toqquşub. O bildirib ki, qəza Tofiq Yaqublunun təqsiri üzündən baş verib və daha sonra siyasi fəal sürücü Elxan Cəbrayılov və onun həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla döyüb. Onlar xəsarət alıb.

Səhhəti necədir: T.Yaqublunun qızı Nigar Həzi atasının səhhətindən narahatdır. O deyib ki, atasının sonuncu dəfə həbs edilməsindən sonra səhhətində problemlər yaranıb və o, müalicə alırdı: “Koronavirusun “meydan suladığı” bir vaxtda onun həbsi səhhəti üçün ciddi təhlükə yaradacaq”.

Tofiq Yaqublu kimdir: Siyasi fəal 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Bu, onun ilk həbsi deyil. T.Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunub. O, Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə imzalanan əfv sərəncamı ilə həbsdən azad edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia