Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvanda karantində olan tələbələrin döyüldüyü bildirilir

27 Mart 2020

Bir neçə gün əvvəl Türkiyədən Naxçıvana gələn azərbaycanlı tələbələrin orada karantində saxlandıqları yerdə zorakılığa məruz qaldığı bildirilir. İctimai fəal Rüstəm İsmayıbəylinin yaydığı məlumata görə, həmin tələbələr Daxili Qoşunların hərbi hissəsində saxlanılır və şəraitə etiraz etdiklərinə görə döyülüb. Tələbələrdən Ümid adlı biri isə bunla bağlı video çəkib yaydığına görə, zirzəmiyə salınıb və dəyənəklə döyülüb. R.İsmayılbəyli yazır ki, döyülən tələbə ancaq qusandan sonra işgəncə dayanıb

Ümid digər yoldaşları ilə görüşdürülmür. Deyilir ki, fiziki vəziyyəti çox pisdir və xəbərin yayılmasını istəmədikləri üçün onu gizlədirlər. Ümidlə maraqlanmaq istəyən Şəlalə adlı bir tələbə qızı qaranlıq, soyuq bir otağa kilidləyiblər, bir müddət saxlayandan sonra çıxarıblar və təhdid edib buraxıblar. Rəis Şəlaləyə deyib ki, biz Ümidi döymədik, sadəcə silkələdik. Sən Ümidi görsən, soruşarsan ki, döyülüb, ya yox.

Rüstəm İsmayılbəyli məlumat verib.

Hazırda tələbələrin olduğu hərbi hissədə işıqlar yanmır, onlar kütləvi halda normal qida və tualetin olmadığı şəraitdədirlər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia