İndiyə qədər dünyada 1 milyondan çox insan yeni tip koronavirus olan və Covid-19 adlandırılan virusa yoluxub. Eyni zamanda bu yeni tip virus insanların əksəriyyətində çoxlu suallar doğurub. Elmi işləri davam etdirən mütəxəssislər deyir ki, belə virusu tamamilə anlaya bilmək indi hələ çox tezdir.
“Euronews Now” proqramının canlı verilişinə qatılan İnfeksiyon Xəstəliklər mütəxəssisi Dr. Natali Dermot, Dr. İsak Boqoç və psixoloq Dr. Brok Kizolm virus haqqında elmə bu ana qədər əldə edilən məlumatlar çərçivəsində bəzi suallara cavab veriblər. Bu sualları və mütəxəssislərin verdiyi cavabları sizə təqdim edirik.
Bu suala dəqiq cavab vermək çətindir. Bəzi ölkələrdə epidemiya hələ bir müddət də yayılacaq. Avropada vəziyyət nəzarət altına alınandan sonra Afrikada virusun yayılma sürətinin artdığı müşahidə olunacaq.
Dr. Dermot
Bu fikirlərlə tamamilə razılaşdığını deyən Dr. Boqoç isə əlavə edib:
Bu virusu yalnız üç aydır tanıyırıq. Bəzi ölkələr digərləri ilə müqayisədə daha uzun müddətdir ki, virusla mübarizə aparır. Asiya ölkələrində sosial sağlamlıqla bağlı tədbirlər yüngülləşsə də, təəssüf ki, Amerikada epidemiya hələ indi başlayır. Yəni uzun sözün qısası, “bilmirik”. Uzun-uzadı izah etməli olsaq, demək olar ki, bir müddət də davam edəcək. “Bir müddət” deyiləndə həftələr yox, aylar nəzərdə tutulur.
Dr. Boqoç
Sevdiklərinizlə və yaxınlarınızla ünsiyyətdə qalın. Üz-üzə görüşmək əvəzinə fərqli ünsiyyət vasitələriylə əlaqəni kəsməməyə çalışın. Digər bir təklifim isə əl yumaq kimi öz nəzarətimizdə olan şeyləri diqqətdən kənar qoymayaq. Gələcəkdə nə olacağını düşünməkdənsə, indi ən düzgün olan anı yaşamaqdır.
Dr. Çizom
Dr. MakDermott deyib ki, hazırda bununla bağlı onlarda olan məlumat çox azdır.
Amma hər ötən gün əlimizdəki məlumatlar artır. Çindəki hadisələrə əsasən deyə bilərik ki, bu virus hamilələrə çox təsir etmir. Ana bətnindəki körpələr üçün də vəziyyət eynidir. Amma infeksiyaya yoluxmuş ananın doğuş zamanı körpənin də yoluxdurması ehtimalı var. Eyni zamanda yeni doğulan körpələr virusa yoluxsalar da xəstələnmirlər, ya da çox tez sağalırlar.
Dr. MakDermott
Dr. Boqoç bu sualın cavabının hələ dəqiq məlum olmadığını deyib.
İndiyə qədər müşahidə edilən odur ki, xəstəliyə ikinci dəfə yoluxma ehtimalı yoxdur. Amma həm də bilirik ki, bu virus zaman keçdikcə dəyişir. Ona görə də dəqiq demək olmaz ki, bu xəstəliyi keçirib sağalan, immunitet qazanan adam gələcəkdə ona yoluxmayacaq. Hazırda yalnız irəli sürülən nəzəriyyələr əsasında danışırıq.
Dr. Boqoç
“New England Journal of Medicine” tibb jurnalı bu mövzu ilə bağlı araşdırmanın hesabatını dərc edib. Həmin araşdırmada virusun karton, plastik və metal kimi səthlərdə nə qədər yaşadığı öyrənilib. Məlum olub ki, virus olduğu səthdən asılı olaraq 2 saatdan 2 günə qədər yaşaya bilir. Əgər virusun səthlərdə daha uzun müddət yaşadığı müəyyənləşdirilsə də, bu virus bir müddətdən sonra yolxudurma xüsusiyyətini itirir. Burada şəxsi gigiyenanı vurğulamaq vacibdir. Gün ərzində lift düyməsi, qapı qolları, pilləkan tutuacaqları kimi bir çox yerə toxunuruq. Nəzərə alsaq ki, virus belə səthlərdə iki günə qədər yaşayır, əllərin təmizliyi çox vacibdir.
Dr. Boqoç
Verə biləcəyim tövsiyə odur ki, nəzarətimizdə olan şeylərə, əl yumağa fokuslanmalıyıq. Digər şeyləri də nəzarətdə saxlamağa çalışmaq lazımdır. Həmişə eyni adamlarla qaldığınız evdə təmizliyi şişirdir, özünüzü təcrid edir və heç kimlə görüşmürsüzsə, bu, sadəcə problemlerinizin sayını artıracaq.
Dr. Çizolm