Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Berni Sanders prezidentlik yarışından niyə geri çəkilib?

Berni Sanders prezidentlik yarışından niyə geri çəkilib?

Demokratların Amerika prezidentliyi uğrunda yarışda favorit namizədi Berni Sanders. 1 aprel, 2019/Foto: Jose Luis Magana/AP Photo

ABŞ-da 2020-ci il prezident seçkiləri üçün Demokratların prezidentliyə namizəd olmağa əsas nümayəndələrindən biri Berni Sanders seçki kampaniyasını dayandırdığını açıqlayıb.

Sanders qərarı ilə bağlı açıqlamasında deyib ki, hazırda qələbəyə gedən yol demək olar mümkün deyil:

Demokratlar partiyasının namizədliyi uğrunda mübarizənin müvəffəq olmayacağına qərar verdim. Buna görə də bu gün kampaniyamın dayandırıldığını elan edirəm.

Berni Sandersin bu qərarına onun partiyadaxili rəqibi Co Bayden “Twitter”də münasibət bildirib:

Bernini yaxşı tanıyıram. Yaxşı insandır, böyük liderdir və ölkəmizdəki dəyişiklik üçün ən güclü səslərdən biridir. Onun siyasətimizə verdiyi töhfələri bir tvitlə yekunlaşdırmaq çətindir. Ona görə də buna cəhd etməyəcəm.

ABŞ prezidenti Donald Tramp isə Sandersin qərarına ironiyalı münasibət bildirib. O, Demokratların digər namizədi Elizabet Varrenə təşəkkür edərək deyib ki, əgər o olmasaydı, Sandersin hər hansı şansı ola bilərdi. Prezident Sandersi dəstəkləyənləri Respublikaçı Partiyaya qoşulmağa dəvət edib.

Berni Sanders kimdir: Berni Sanders ictimai sorğularda Demokratların favorit namizədi sayılırdı. Onun prezidentlik yarışından geri çəkilməsi ilə keçmiş prezident Barak Obamanın köməkçisi Co Bayden Demokratların vahid namizədinə çevrildi. Partiyaların rəsmi namizədləri isə bu ilin avqustunda keçiriləcək konqreslərdə elan ediləcək.

Seçkilər nə vaxt olacaq: ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək. Bu seçkidə qalib olacaq şəxs 2021-ci il yanvarın 20-dən etibarən növbəti 4 ildə prezident kimi fəaliyyət göstərəcək.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia