ABŞ prezidenti Donald Tramp aprelin 15-i jurnalistlərə açıqlamasında deyib ki, ölkənin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayırdığı maliyyə yardımını dayandırır. Guardian yazır ki, o, ÜST-ü koronavirus infeksiyası ilə bağlı məlumatları vaxtında verməməkdə ittiham edib. Prezident hesab edir ki, ölüm sayının çox olmasının səbəbkarı bu təşkilatdır.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə bu qərarı düzgün hesab etməyib. O deyib ki, Tram artıq saysız-hesabsız amerikalının həyatını təhlükəyə atan fəlakətdir.
Zəif insan, zəif lider məsuliyyət götürmür. Zəif insan adətən başqalarını günahlandırır. Həqiqət odur ki, indi amerikalılar bütün yalanlardan imtina etməli və ancaq alimlərin və peşəkarların dediklərinə qulaq asmalıdılar ki, özlərini və sevdikləri insanları qorusunlar.
o deyib