Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Türkiyədəki suriyalılar koronavirusa görə müharibə zonasına geri qayıdır

Türkiyədəki suriyalılar koronavirusa görə müharibə zonasına geri qayıdır

Virus təhlükəsinə görə evlərinə geri qayıdan suriyalıları aparan maşınlar. 11 aprel, 2020. Foto: Khalil Ashawi/Reuters

Türkiyədə məcburi köçkün kimi yaşayan minlərlə suriyalı qaçqın COVID-19 virusundan qorunmaq üçün yenidən geri qayıtmağa başlayıb. Reuters yazır ki, Müharibə təhlükəsinə baxmayaraq onlar evlərinə qayıdır. Suriyanın şimal-qərbində hələ ki, təsdiqlənmiş koronavirusa yoluxma hadisəsi yoxdur. Lakin həkimlər bölgənin dağılan tibbi infrastrukturunun və düşərgələrin tez bir zamanda humanitar fəlakətə səbəb olacağından qorxurlar.

Hazırda məcburi köçkün olan suriyalılar acınacaqlı seçim qarşısındadırlar: ya virusun yayılmasının ölümcül ola biləcəyi sıx yaşam şəraiti olan düşərgələrə getməli, ya da yenidən qan tökülməsi riski ilə evlərinə geri qayıtmalıdırlar.  Bazar günü döşəklər və məişət əşyaları ilə doldurulmuş mikroavtobuslar İdlib əyalətinin cənubundakı yolda uzun tıxac yaradıb. Suriyanın şimal-qərbində yerləşən Suriya Koordinasiya Qrupunun açıqlmasına görə, atəşkəsdən bəri 103 min 459 suriyalı Hələb və İdlibdəki şəhərlərə geri qayıdıb.

Nə baş verib: Suriya lideri Bəşər Əsədin 9 illik müharibədən sonra üsyançıların sonuncu qalasını almaq üçün əməliyyatlara başlaması növbəti qaçqın axınına səbəb olmuşdu. Ölkənin şimal-qərbindəki İdlib şəhəri və onun ətrafındakı kəndlərdə yaşayan insanlar Türkiyə sərhədinə doğru qaçmağa başlamışdı. Bəşər Əsəd əleyhinə olan bəzi qrupları dəstəkləyən rəsmi Ankara hərbi hava qüvvələri ilə Dəməşqə dəstək verən Moskva ilə atəşkəs barədə razılığa gəldikdən sonra bölgədə gedən döyüşlər səngiyib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia