Cümə, 5 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Karantində psixologiyanı qorumaq üçün mütəxəssislər nə tövsiyə edir?

Karantində psixologiyanı qorumaq üçün mütəxəssislər nə tövsiyə edir?

Cakartada hüquqşünas öz həmkarları ilə telekonfrans keçirir. Foto: Seto Wardhana/JP

Koronavirus pandemiyası zamanı evlərində karantin həyatı yaşamalı olan milyonlarla insan fiziki fəaliyyətsizlikdən əlavə uzun müddət qapalı yerdə qaldığı üçün bəzi psixoloji problemlərlə üzləşib. Mütəxəssislər gündəlik həyatlarında ailə və dostları ilə görüşən, sosial fəaliyyətlərlə məşğul olan şəxslərin evdə qaldıqları müddətdə bəzi problemlər yaşamağının normal olduğunu bildirib. Milli Mətbuat Konfransında danışan psixiatr professor həkim Mazda Adli evdə qalan insanlara artıq stress və əsəbdən yayınmaq üçün 7 tövsiyə verib. Euronews professor Adlinin tövsiyələrini toplayıb. O hesab edir ki, tez-tez dostlarla danışmaq və zehni pozitiv şeylərlə məşğul etmək lazımdır.

Telefon və internet vasitəsilə danışmaq

Gündəlik həyatda hər kəs ailə, qohum və dostlarla üz-üzə görüşür və danışır. Ancaq karantində olan insanların ən böyük problemlərindən biri onlarla görüşə bilməməsidir. Bu zaman texnologiya imdadınıza çatır. Mütəxəssislər internet vasitəsilə görüntülü şəkildə tez-tez sevdiyiniz insanlarla əlaqə qurmaqla stressdən xilas olacağınızı bildirib.

Xəbərləri izləyib oxumayın

Dr. Adli evdə olduğunuz günlərdə dünyadakı böhran xəbərlərinin mənfi təsirindən qorunmaq üçün televiziya və internetdəki xəbərlərdən uzaq durmaq tövsiyə olunur. Mütəxəssislər bunu psixologiyada “duyğuların boşaldılması” adlandırırlar. Pis xəbərlərdən yayınmaqla mənfi hisslərdən qurtula bilərsiniz.

Xaos və böhran söhbətindən çəkinin

Bu müddət ərzində böhranla əlaqəli söhbətlərdən uzaq durun. Belə etsəniz yaşadığınız xaos mühitindən uzaqlaşacaqsınız və evdə olan kiçik problemləri daha yaxşı həll edə biləcəksiniz.

Bu prosesin müvəqqəti olduğunu düşünün

Dr. Adli deyir ki, bunun müvəqqəti olduğunu nəzərə almaq vacibdir. Bundan əlavə epidemiyadan sonra normal həyat haqqında düşünməyin insan psixologiyası üçün yaxşı olduğunu və fərdləri rahatlatdığını deyib.

Qaydalara riayət edin, telefonla dostunuza zəng edin

Sizə deyilən qaydalara ciddi şəkildə riayət edin. Özünüzü pis hiss etdiyiniz zaman telefonla bir dostunuza zəng edin. Onun səsini eşitməyiniz sizə yaxşı təsir edəcək. Unutmayın ki, sizdən başqa milyonlarla insan eyni vəziyyətdədir.

Ümidsizliyə qapılmayın

Professor Adli deyir ki, ümidinizi itirməməyiniz, əqli cəhətdən güclü qalmağınız deməkdir. Bununla bağlı uğur hekayələrini kitablardan və ya onlayn olaraq oxuyaraq ilham ala bilərsiniz.

 Kömək istəyin

Əgər çox pis vəziyyətdəsinizsə, telefonla kömək istəyin. Bəzi xəstəxanalar və klinikaların telefonla psixoloji dəstək verən xidmətləri var. Bundan əlavə məişət zorakılığına məruz qalırsınızsa, polisə zəng edə və ya onlayn kömək ala bilərsiniz.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia