ABŞ Şimali Koreya lideri Kim Çen Inın səhhətinin əməliyyatdan sonra ciddi təhlükə altında olduğunu irəli sürən kəşfiyyatın monitorinqini aparır.
Bu barədə xəbəri CNN kəşfiyyat məlumatları ilə tanış olan mənbəyə istinadən yayıb.
Nə baş verib: Kim bu yaxınlarda babasının ad gününə qatılmayıb. Bu da onun vəziyyəti barədə müxtəlif fərziyyələrin irəli sürülməsinə səbəb olub.
Səhhəti nə qədər təhlükədədir: ABŞ-ın başqa bir rəsmisi dünən CNN-ə bildirib ki, Kimin səhhəti ilə bağlı vəziyyətin nə qədər ciddi olduğunu qiymətləndirmək çətindir.
Kimin müalicəsi barədə: Onlayn qəzet “Daily NK” Kimin 12 apreldə ürək-damar sistemi müalicəsi aldığını yazır. Bu müalicəyə Kimin həddindən çox siqaret çəkməsi, piylənməsi və həddindən çox işləməsi səbəb kimi gösərilir. Daha sonra onun müalicəsinin Hyangsan əyalətindəki bir villada davam etdirildiyi deyilir. Kiminin vəziyyətinin yaxşılaşdığını qeydə aldıqdan sonra, onu müalicə edən tibb qrupunun əksəriyyəti 19 apreldə Pxenyana qayıdıb. Bəziləri isə vəziyyətə nəzarət etmək üçün onun yanında qalıb.