Bazar, 25 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

SOCAR-da işləyən 5 minə yaxın insan işsiz qala bilər

SOCAR-da işləyən 5 minə yaxın insan işsiz qala bilər

Neft buruğu. Foto: Dmitry Lovetsky/AP Photo

SOCAR-da çalışan 5 minə yaxın işçi may ayından etibarən öz iş yerini itirə bilər. Bunu hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı  deyir. M.Qəhrəmanlı bunu 4 neft idarəsinin bütün quyularının bağlanacağı ilə əlaqələndirir.

O, Mikroskop Media-ya bildirib ki, həmin idarələrdə 5 minə yaxın insan çalışır.

“Azneft” İstehsalat Birliyində 3 min quyu var, onların 2 mindən çoxu bağlanır. Quyular bağlanacağı halda ştatda olan işçilərin taleyi necə olacaq?! Şirkət bu prosesi ixtisar adlandırmamaq üçün boşdayanma elan etmək fikrindədir . Bu isə mümkün deyil. Çünki bu maddəyə görə işçiyə qısa müddətə ödəniş edilir.

Hüquq müdafiəçisi deyir

Boşdayanma maddəsi nədir: Əmək Məcəlləsinə görə, istehsal, axın xətti və iş işəgötürənin təqsiri ucbatından dayandırılarsa, işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməz. Bu, boşdayanma hesab edilir və onlara bu məcəllənin 169-cu maddəsində nəzərdə tutulan məbləğdə əmək haqqı ödənilir. Həmin məbləğ işçi üçün müəyyən edilən dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. 

SOCAR quyuları niyə bağlayır: Buna səbəb OPEC-in qərarıdır. Qərara görə, “Azərneft” İstehsalat Birliyinin gündəlik planlaşdırılan neft hasilatı 2500 ton azaldılıb.

Quyuların sonradan açıla bilərmi: Quyuların bir müddət sonra açılma ehtimalı olsa da onları istismara qaytarmaq böyük vəsait tələb edir. Həmçinin yeni quyuların qazılması ehtimalı da var. Mirvari Qəhrəmanlının dedikləri barədə SOCAR-dan münasibət öyrənmək mümkün olmayıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia