Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Azercell” deyir ki, Əli Kərimlinin mobil rabitə və internetini onlar kəsməyib

24 Aprel 2020
“Azercell” deyir ki, Əli Kərimlinin mobil rabitə və internetini onlar kəsməyib

İllustrasiya: mikroskop media

Provayder “Azercell Telekom” AXCP sədri Əli Kərimlinin mobil rabitə və internetinin bloklanması ilə onların bağlılığı olmadığını bildirib. Turan -ın sorğusuna cavab verən provayder bildirib ki, onlar qanunvericiliyə əsasən bütün müştərilərə bərabər davranır və siyasi baxışlarına görə fərq qoymur.

Müştəri məlumatlarının məxfiliyinə xüsusi diqqət yetirdiyini deyən Azercell əlavə edib ki, aşağıdakı hallar yoxdursa, müştərinin nömrəsinin və internetinin bloklanması tətbiq edilmir:

  • Abunəçinin borcu yoxdursa
  • Limiti keçməyibsə
  • Abunəçi özü bunu xahiş etməyibsə

Azercell bildirib ki, karantin günlərində trafikin yüklənməsinin xeyli artmağı problem yarada bilər:

Bu da mobil telefon nömrəsinin istifadə edildiyi ərazidən, istifadə olunan cihazın müxtəlif texnologiyaları dəstəkləməsindən, konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından və digər texniki nüanslardan asılı olaraq, məlumat mübadiləsində gecikmələrə və keyfiyyət göstəricilərində dəyişikliklərə səbəb ola bilər. WhatsApp və Telegram və sosial şəbəkələrinə gəlincə, bu proqramların və onlardakı istifadəçi hesablarının idarə edilməsinin “Azercell Telekom” MMC-yə heç bir aidiyyatı yoxdur. 

Nə baş verib: AXCP sədri Əli Kərimli onun mobil rabitəsinin kəsildiyini və internetə çıxışının 10 gündən artıqdır ki, bloklandığını bildirib. Partiya sədri bu addımın siyasi məqsəd daşıdğını vurğulayıb. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia