Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gecə növbəsi: İlqar Məmmədov və Rəsul Cəfərov BƏRAƏT ALDI!

25 Aprel 2020

[23 aprel 2020]

Axşamınız xeyir!

2 REAL üzvü barədə bəraət qərarı

Bu günün əsas xəbəri REAL sədri İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun bəraət alması olub.

  • Ali məhkəmə İlqar Məmmədov barəsində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, iş üzrə icraata bəraətverici əsasla xitam verib.
  • Mənəvi ziyana görə İ. Məmmədova 234 min AZN, R. Cəfərova isə 57 400  AZN kompensasiya ödəniləcək!
  • Maddi ziyana görə kompensasiya və s. məsələlər ilə bağlı onlar mülki qaydada məhkəməyə müraciət edə bilər.

REALın bəyanatında nə deyilir: Bugünkü bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsü, REAL partiyasının bu təşəbbüsü qəbul etməsi və ilk təmasdan sonra dialoqun əməli sürəcə çevrilməsi fonunda baş verən hadisədir.

Əli Kərimli VS Azercell

“Azercell Telekom” bildirib ki, AXCP sədri Əli Kərimlinin mobil rabitə və internetinin bloklanmasının onlarla bağlılığı yoxdur

Koronavirus gündəliyi

Operativ Qərargahın yaydığı məlumata görə bu gün:

  • 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb
  • 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb
  • 580 nəfər aktiv koronavirus xəstəsi olaraq qeydiyyatdadır
  • 16 nəfərin vəziyyəti ağır
  • 25 nəfərin vəziyyəti orta ağırdır
Nə çəkmişik

Bir neçə gün öncə Brent və WTI markalı neftlərin qiyməti düşüb. Hətta WTI-ın qiyməti -37-ə qədər enib. Bu da o deməkdir ki, satıcı nəinki pul istəyir, hətta satmaq qarşılığında netfin üstündə pul da təklif edir. Sizin üçün Brent və WTI markalı neftlər barədə bilməli olduğunuz 5 detalı toplamışıq!

via GIPHY

İzah etmişik!

Bəşər Əsədə bağlı olan qüvvələr fevralın 27-də Türkiyə Silahlı Qüvvələrinə hücum edib və nəticədə 30-dan çox əsgər həlak olub. Suriya Türkiyə tərəfinə niyə hücum edib? Türkiyə hansı qarşılığı verib? Və s.

Baş verənlərlə bağlı 4 əsas suala cavab vermişik!

İnfoqrafika

ÜST bu gün brifinq keçirərək Azərbaycanda olan vəziyyəti qiymətləndirib! Biz əsas 6 məqamı çıxarmışıq!

Günün rəqəmi

1500 AZN

II Dünya müharibəsi iştirakçılarına veriləcək birdəfəlik maddi yardımın miqdarı

Günün sitatı

REAL sədri İlqar Məmmədov: Azərbaycanda əsas müxalif partiya REALdır!

Dezo yayılıb, İNANMAYIN!

Şimali Koreya lideri Kim Çen Inın ölməsi ilə bağlı iddialar YALANDIR!

O, əməliyyat edilib və vəziyyətinin kritik olduğu bildirilir. Bu barədə məlumatı CNN ABŞ-ın kəşfiyyat məlumatlarını oxuyan mənbəsinə istinadən yayıb!

Ümid edirəm günün fotosunu sizə təqdim edə bildim.

Hörmətlə, Cavid Abdullayev!

Əsas odur ki, karantin günlərinin bitəcəyini və bunun daimi olmadığını düşünün!

Gecəniz xeyrə!

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia