Bazar, 18 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

DTX İsmayıllıda əməliyyat keçirib və icra nümayəndəsini saxlayıb

İnsan alveri ilə məşğul olan bir nəfər həbs edilib

DTX əməkdaşları. Foto: dtx.gov.az

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorlu İsmayıllı rayonunda keçirilən əməliyyatla bağlı birgə məlumat yayıb. Report yazır ki, əməliyyat İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov barədə daxil olan məlumatlar əsasında aparılıb.

Məhərrəm Əhmədovun saxta arayış vermək, aztəminatlı ailələr üçün ayrılan ərzaqları mənimsəməyinə dair şübhələr müəyyən edilib. Əməliyyat zamanı onun Mincan kəndində yerləşən evinə baxış keçirilib və bunlar aşkarlanıb:

  • Müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları
  • Nağd pul
  • Ayrı-ayrı şəxslərə guya işləmələri barədə verilən arayışlar
  • Aztəminatlı ailələr üçün olan ərzaq bağlamaları
  • Digər sənəd və əşyalar

DTX və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, icra nümayəndəsi öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartları alıb. Bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində o, 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.

İstintaq zamanı toplanan ilkin sübutlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə başladılan işdə M.Əhmədov şübhəli şəxs qismində tutulub. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • DTX və Baş Prokurorluq bu qəbildən hallarla üzləşən vətəndaşlara müraciət edib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat versinlər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia