Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Amnesty International” Azərbaycanda pandemiya bəhanəsi ilə repressiya edildiyini deyir

Polisin bu gün keçirilən mitinqdə zorakılıq göstərmədiyi nadir anlar – Fotoreportaj

Milli Şura və AXCP-nin "28 may" metrosu qarşısında keçirdiyi aksiyada yaxınlıqdakı polis əməkdaşları. 19 oktyabr, 2019. Foto: mikroskop media

“Azərbaycanda hakimiyyət COVID-19 pandemiyasından müxalifətin sıxışdırılması üçün bəhanə kimi istifadə edir”. Bu, “Amnesty International” hüquq müdafiə təşkilatının Şərqi Avropa və Orta Asiya ölkələrinin hökumətlərinin insan hüquqları ilə bağlı götürdükləri öhdəliklərlə əlaqədar yayımlanan məruzəsində qeyd olunub. Məruzədə deyilir ki, bu ölkələrdə təkcə sıravi vətəndaşların yox, məlumatın yayılmasına yol verməmək üçün jurnalist və hüquq müdafiəçilərinin də hüquqları pozulur. 

Azərbaycan və Rusiya hökumətləri hakimiyyətin pandemiyaya qarşı mübarizə tədbirlərinin görülməsində yol verdiyi səvhləri göstərən sosial şəbəkə istifadəçilərini, jurnalistləri və tibb işçilərini məsuliyyətə cəlb edib. Martın 19-da prezident İlham Əliyev pandemiya dövründə “yeni qaydalar”, o cümlədən müxalifətin “təcrid olunması ” və “təmizlənməsi” zərurətini elan edib. Bundan sonra müxalifət fəalı Tofiq Yaqublu saxta xuliqanlıq ittihamı ilə saxlanılıb

məruzədə deyilir.

Asiyada nə baş verir: Amnesty International hesab edir ki, regionda bir çox hökumətlər ictimai sağlamlığın müdafiəsindən daha çox fərqli düşüncənin məhv edilməsində maraqlıdırlar:

Qazaxıstan hakimiyyəti çoxmənzilli binaların sakinlərini təcrid etmək üçün bu binaların giriş qapılarına kilid vurur, Çeçenistanda isə polis qoruyucu maskası olmayan insanları döyür. Region hökumətləri pandemiyaya insan hüquqlarının pozulması üçün kart-blanş kimi baxır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia