Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda xüsusi karantin rejimi mayın 31-ə qədər uzadılıb

01 May 2020
Azərbaycanda 224 nəfər koronavirus şübhəsilə karantindədir

Koronavirus təhlükəsinə görə Bakı sakinləri maskadan istifadə edir. Foto: screenshot / MeydanTV

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkə ərazisində karantin rejimi 31 may saat 00:00-dək uzadılıb. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlər yumşaldılıb.

Qaydalar necə dəyişib: Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may saat 00:00-dan etibarən:

  • dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur  
  • xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir 
  • bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur
  • bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər rayon və şəhərlərdə, eləcə də Naxçıvanda:

  • yaşayış yerini tərk etmək üçün SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur  
  • dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur
  • restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (qəlyandan istifadə istisna olmaqla)
  • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;
  • qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);
  • xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
  • bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
  • bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. 

Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Tədris, təlim tərbiyə prosesinin dayandırılması da mayın 31-dək uzadılıb.  

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia