Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Freedom House deyir ki, Azərbaycan oturuşmuş avtoritar rejimlər sırasındadır

06 May 2020
İlham Əliyev qələbə konsertinə niyə qeyri-rəsmi geyimdə gəlib? İzah edirik!

İlham Əliyev ailə üzvləri ilə birgə öz qələbə konsertinə qatılıb. Foto: Azərtac

ABŞ-ın “Freedom House” insan haqları təşkilatı illik “Keçid Ölkələri” hesabatını açıqlayıb. 29 ölkəni əhatə edən hesabatda Azərbaycan 1,14 balla oturuşmuş avtoritar rejimlər sırasında yer alıb. Ümumilikdə bu ölkələrdən 10-u demokratiya, 10-u hibrid rejim, 9-u isə avtoritar rejim kateqoriyasındadır.

Ermənistan 3 balla yarı avtoritar rejimlər, Gürcüstan isə 3,25 balla keçid, yaxud hibrid rejimlər sırasındadır. Hesabatda deyilir ki, hazırkı rejimin hakim ailə daxilində başqa bir, daha çox gözlənən hakimiyyət dəyişikliyinə zəmin yaratmasının əlamətləri görünür.

Son illər Əliyev hakimiyyətinin yüksək eşelonlarında əsasən həyat yoldaşının xeyrinə dəyişikliklər edir. 2016-cı ildə yaradılan “birinci vitse-prezident” postu onun və Paşayevlər klanı adlanan ailə şəbəkəsinin xeyrinədir. Yavaşıyan iqtisadiyyat və getdikcə güclənən bölücü klan siyasəti fonunda ictimai dəstəyi azalan Əliyev “köhnə qvardiya” məmurlarını vəzifədən uzaqlaşdırmaqla elitadaxili üsyan ehtimalını azaldıb, həmin şəxslər ya onun həyat yoldaşına qarşı çıxırdılar, ya da azından ona sadiq deyildilər. Gələcəkdə Əliyev istefa verərsə, Birinci ledi Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyət strukturuna rəhbərlik edəcək.

hesabatda deyilir.

Hesabata görə, qonşu Rusiya da avtoritar rejimlər kateqoriyasındadır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia