ABŞ-ın Pensilvaniya əyalətində koronavirusla bağlı mühüm kəşfin astanasında olduğu bildirilən el adamı Binq Liu öldürülüb. CNN yazır ki, Pittsburq Universitetinin tibb fakültəsində tədqiqatçı olan 37 yaşlı professorun cəsədi Rose Tovnşipdəki evində tapılıb. Polisin məlumatına görə, o, baş və boyun nahiyəsindən güllə ilə vurulub.
Liunun cəsədi tapılandan bir saat sonra onun evindən təxminən bir kilometr aralıdakı avtomobildə ikinci bir cəsəd tapılıb. Bu, 46 yaşlı Hao Qunun cəsədi olub. Polis ehtimal edir ki, onlar bir-birilərini tanıyıb və Qu professoru öldürəndən sonra intihar edib. Hər iki şəxs arasındakı əlaqə və qətlin səbəbi araşdırılır.
Binq Liu kimdir: Sinqapurda kompüter elmləri üzrə fəlsəfə doktoru olan Liu sonrakı fəaliyyətini Karnegi Mellon Universitetində davam etdirib. Orada işlərini tamamlayandan sonra Pittsburq Universitetinə gəlib. O, 30-dan çox elmi məqalənin müəllifidir.
Universitetin açıqlamasında Binq Liunun SARS-CoV-2 infeksiyası və sonrakı fəsadlarının hüceyrə əsasının təməlini qoyan hüceyrə mexanizmlərini ortaya çıxaracaq önəmli bir kəşfin astanasında olduğu da bildirilib.