Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hökuməti Xədicə İsmayıla 6 min avro təzminat ödəməlidir

07 May 2020
Azərbaycan hökuməti Xədicə İsmayıla 6 min avro təzminat ödəməlidir

Xədicə İsmayıl. Foto: Əziz Kərimov / Getty

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılla bağlı növbəti qərarını açıqlayıb.

Qərar nə ilə bağlıdır: Xədicə İsmayılın jurnalistika fəaliyyətinə qarşı edilən hədə-qorxu kampaniyası ilə bağlıdır

Hansı hüquqlarının pozulduğu tanınıb: 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddələri üzrə hüquqlarının pozulduğu tanınaraq Azərbaycan hökuməti 6 min avro cərimələnib.

  • Bu, jurnalist barədə çıxarılan 3-cü qərardır.

Digər qərarlarlar hansı şikayətlər əsasında olub və bunlara görə Azərbaycan hökuməti nə qədər cərimələnib?

  • İlk qərar (2019) jurnalistin videogörüntülərinin yayılması nəticəsində şəxsi həyatın toxunulmazlığını pozma maddəsi ilə açılmış cinayət işinin effektiv araşdırılmamasından verilən şikayət üzrə olub. 
  • AİHM Konvensiyanın şəxsi və ailə həyatına hörmət hüququ və fikri ifadə etmək azadlığı maddələrinin pozuntusunu tanıyıb və jurnalistə mənəvi zərərə görə 15,000 ,məhkəmə xərclərinə görə 1,750 avro müəyyən edib.
  • İkinci qərar jurnalistin həbsi, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunması, 7.5 il azadlıqdan məhrum edilməsi ilə bağlı olub. 
  • AİHM hesab edib ki, jurnalistin azadlıq və toxunulmazlıq hüququna, ədalətli məhkəmə araşdırması hüququna, fikri ifadə etmək azadlığına və 18-ci maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə edilib. Azərbaycan hökumətin bu pozuntulara görə 25 min avro cərimələnib.

Təklif edirik ki, bu əntiqə videomuzu da izləyəsən! Avropa Məhkəməsinin qərarı ilə ödənməli olan kompensasiyaların gecikməsi ilə bağlıdır!

Avropa Məhkəməsinin qərarı ilə ödənməli olan kompensasiyalar niyə gecikir?

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia