Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Grup Yorum”un aclığı dayandıran üzvü xəstəxanada ölüb

07 May 2020
“Grup Yorum”un aclığı dayandıran üzvü xəstəxanada ölüb

Aclıq aksiyası edərək ölən musiqiçi İbrahim Gökçek. Foto: Pen.org

Türkiyənin musiqi qrupu “Grup Yorum”un bas gitaristi İbrahim Gökçek ölüm aclığının 323-cü günündə aksiyanı dayandırıb. İki gün sonra isə o, müalicə aldığı xəstəxanada vəfat edib. Onun ölümü ilə bağlı məlumat musiqi qrupunun sosia şəbəkə hesabında yayılıb.  Qrupun konsertlərinin qadağan olunmasına etiraz edən 40 yaşlı İbrahim Gökçekin çəkisi 40 kq-a düşmüşdü.

İ.Gökçək bir çox musiqiçi və siyasətçinin təkidi ilə 2 gün əvvəl aclığı dayandırdığını açıqlayıb. Bundan sonra o, xəstəxanaya aparılıb. Gökçekin bir həftə əvvəl yazdığı məktubda deyilir:

Bas gitaramı aldılar, özümü ifadə etmək üçün bədənimi alət elədim. Beş il əvvəl bir milyon insana konsert verən bir gitarist olduğum halda beş qrup yoldaşı ilə başına mükafat qoyulan terrorist siyahısına düşdük.

Qrupun digər üzvü Helin Bölek aprelin 3-də, aclıq aksiyasının 288-ci günündə həlak olub. 

Nə baş verib: 2016-cı ildə “Grup Yorum”un 7 üzvü polisin keçirdiyi əməliyyatı zamanı polisə müqavimət , təhqir və terror təşkilatına üzv olma ittihamı ilə saxlanılıb, daha sonra da həbs olunub. Həbs olunan qrup üzvləri 17 may 2019 tarixində müddətsiz aclıq aksiyasına başladıqlarını açıqlayıb.2019-cu ilin noyabrında sərbəst buraxılan Helin Bölek və Bahar Kurt aclıq aksiyasını davam etdirib.

Silivridəki qapalı həbsxanada saxlanılan qrup üzvü Gökçek aclıq aksiyasının 201-ci günündə ölüm aclığına başladığını açıqlayıb. Ədliyyə Tibb İnstitutunun “həbsxanada qala bilməz” açıqlamasından sonra 24 fevral 2020-ci ildə həbsdən azad edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia