Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlham Əliyev Mixail Qusmana müsahibəsində nə danışıb? Müsahibədən çıxarışlar!

08 May 2020
İlham Əliyev Mixail Qusmana müsahibəsində nə danışıb? Müsahibədən çıxarışlar!

İlham Əliyev müsahibə verir. Foto: president.az/kollaj: mikroskop media

Azərbaycan prezidenti İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib. Müsahibədə Böyük Vətən Müharibəsi, onun əhəmiyyəti, Rusiya Federasiyası ilə pandemiya dövründə və gələcəkdə neft sahəsində əməkdaşlıq və s. barədə danışılıb. Mikroskop müsahibənin əsas məqamlarını təqdim edir.

Azərbaycanda Qələbə Gününə münasibət barədə

Azərbaycanda Qələbə gününə münasibət həmişə indiki kimi yaxşı deyildi. Müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin anti-milli rejimi hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə bu bayram təqvimdən silindi. Müharibə veteranları mənəvi terrora məruz qaldı, onlara qarşı mediada qəzəbli kampaniya aparıldı. Yalnız Heydər Əliyevin gəlişi ilə təqvimdə Qələbə Günü bərpa edildi. O vaxtdan bu, dövlət bayramı oldu, ədalət zəfər çaldı.

Sovet hərbi komandirləri və Sovet əsgərlərinin abidələrinin dağıdılması barədə 

İkinci Dünya müharibəsi abidələrinə münasibətdə vandalizm aktları, faşistlərə abidələrin ucaldılmasını görəndə, bu nifrət və ikrah hissi doğurur. Bunları keçmiş SSRİ və MDB məkanında görmək isə xüsusən xoşagəlməzdir. Ona görə də bu tendensiyalar qınanmalıdır.

Post-neft dövründə Azərbaycanın necə olacağı haqqında

Bugünkü neft qiymətləri ilə post-neft dövrü gəldi deyə bilərik. Ona görə də turizmə böyük diqqət ayırmışıq. Bu sektor son dörd ildə çox perspektivli oldu, turist artımı 10% -dən 24% -ə qədər yüksəldi. Müasir turizm infrastrukturu yaradıldı. Ancaq pandemiya bu sektora çox ağır zərbə vurdu. İndi daxili turizmi təşviq etmək barədə düşünürük, xüsusən də milyonlarla Azərbaycan vətəndaşının il ərzində ölkəni tətil üçün tərk etməsini nəzərə alaraq. Bağlanmış sərhədləri nəzərə alsaq, onlar bu yay daxili turizmə yönəldiləcəklər.

Karantin dövründə fiziki formanı saxlamaq üçün məsləhətlər

Kiçik yaşlarımdan bəri idmanla məşğul olan bir insan kimi bütün qaydalara riayət edirəm və idmanla məşğul olmağı sağlamlıq, özünə inam və iş qabiliyyətinin vacib amillərindən biri hesab edirəm. Mən gənclərə, orta yaşlılara müraciət edərək dəfələrlə demişəm, idmanla məşğul olun. Buna görə də indi hamıya məsləhətim internet resurslarından istifadə etməkdir. Evdə idman etmək üçün internetdə bir çox proqramlar var.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia