Bu il avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçiriləcək. Interfax yazır ki, hazırkı prezident Aleksandr Lukoşenko seçkinin təxirə salınması üçün hər hansı bir səbəb olmadığını bildirib. Ölkə qanunvericiliyinə görə prezident seçkiləri 30 avqustdan gec olmayaraq keçirilməlidir.
Ölkədə sonuncu dəfə seçki 2015-ci il oktyabrın 11-də keçirilib. A.Lukoşenko ölkəni 1994-cü ildən bəri idarə edir.