Çərşənbə, 25 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Araz Ağalarov tenderdə iştirak etmədən milyardlıq layihə alıb

11 May 2020
Araz Ağalarov tenderdə iştirak etmədən milyardlıq layihə alıb

Biznesmen Araz Ağalarov. foto: Mikhail Metzel/AP Photo

Rusiyalı biznesmen Araz Ağalarov COVID-19 xəstələri üçün 1500 çarpayının yerləşdirilməsi ilə bağlı iki dövlət müqaviləsi alıb. “Scanner Project” layihəsinin araşdırmasına görə, hər iki müqavilə Krasnoqorsk şəhər 1 nömrəli klinik xəstəxanası ilə bağlanıb. Onların ümumi dəyəri 1.035 milyard rubldur. Beləliklə, Araz Ağalarova məxsur “Crocus Expo”da xəstəxananın yeri 690 min rubla başa gəlib.

Xəstəxana üçün sərgi mərkəzinin binalarının icarəsi 2020-ci ilin iyun ayının sonunadək ödənilib. Müqavilə isə 2020-ci ilin dekabrına qədər qüvvədədir. Razılaşmanın əsasında Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun bölgədə yüksək həyəcan təbili haqqında sərəncamı dayanır. Bu, “Crocus Expo” binalarının tendersiz təchiz edilməsi üçün müqavilələr bağlamağa imkan verib.

Araşdırmada nə deyilir: “Scanner Project”-in araşdırmasında deyilir ki, bu müqavilələr Araz Ağalarovun “Crocus Group” holdinqinin maddi sıxıntıları barədə şikayətlənməyindən qısa müddət sonra bağlanıb. O, aprelin 21-də RBC-yə müsahibəsində bu barədə danışıb. Biznesmen deyib ki, şirkət 15 min nəfər əməkdaşın aylıq maaşına 1 milyard rubl pul xərcləyir.

Şirkətlər qrupuna nə daxildir: Ağalarov Şirkətlər Qrupu Moskva bölgəsində həm ticarət mərkəzi, konsert salonu və sərgi kompleksinə sahibdir, həm də bölgədəki tikinti layihələri ilə məşğul olur. Məsələn, “Crocus International” Moskva vilayətindəki Mərkəzi Dairəvi Yolun bir hissəsinin tikintisini aparır, ötən il şirkət bu layihə üçün ayrılmış pul ilə dələduzluq etməkdə şübhəli bilinirdi.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia