Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov koronavirusa yoluxub.
Current Time yazır ki, bu barədə o, özü jurnalistlərə açıqlamasında bildirib.
Hazırda Peskovun xəstəxanada olduğu deyilir.
Bundan əvvəl Rusiyanın Baş naziri Mixail Mişustində, Mədəniyyət naziri Olga Lyubimovada, İnşaat və Mənzil və Kommunal
Xidmətlər naziri Vladimir Yakuşev və onun müavini Dmitri Volkovda koronavirus tapılıb.