Bazar ertəsi, 8 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Durov TON-un bağlandığını elan edib. Bu nə deməkdir?

13 May 2020
Durov TON-un bağlandığını elan edib. Bu nə deməkdir?

Pavel Durov. İllustrasiya: mikroskop media

“Telegram”ın yaradıcısı Pavel Durov rəsmi “Telegram” kanalında TON blokçein layihəsi üzərində işlərin dayandırıldığını elan edib.

Bunun səbəbi ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasının (SEC) Gram kriptovalyutasının buraxılmasını qadağan etmək iddiası üzrə məhkəmə qərarıdır. Durov məhkəmə qərarını ədalətsiz və absurd adlandırıb.

TON nədir: TON “Telegram Open Network” sözünün abreviaturasıdır. Bu, Pavel Durovun yaratmağa çalışdığı kriptovalyuta və rəqəmsal reysterdir. Bununla istifadəçilər tətbiqetmə vasitəsilə ödənişlər həyata keçirə bilərdi. Həmçinin mütəxəssislər deyir ki, bu sistem Telegrama şərait yarada bilərdi ki, istənilən hökumət və bankdan asılılıq aradan qalxsın. TON Bitcoin və Ethereum-dan sonra 3-cü nəsil rəqəmsal reyster ola bilərdi.

Pavel nə deyir: Pavel Durov dünyaya ABŞ-dan asılılıq məsələsində xəbərdarlıq edib:

ABŞ istənilən bankı və ya bank hesabını bağlaya bilər. Biz – dünya əhalisinin başqa yerlərdə yaşayan 96% -i ABŞ-da yaşayan 4% -dən asılıyıq.

Pavel Durov

O bildirib ki, artıq son iki il yarım ərzində inkişaf edən TON blokçein layihəsi üzərində işləmir:

Nəticədən qürur duyduq – yaratdığımız texnologiyalar açıq, sərbəst, mərkəzləşdirilməmiş dəyər və fikir mübadiləsinə imkan verəcəkdi. Telegram ilə inteqrasiya sayəsində TON insanların məlumat toplama tərzində inqilab edə bilər.

Pavel Durov

P. Durov Telegramın adında TON yazısı olan hər hansı bir layihə ilə əlaqəsi olmadığını və bu cür layihələrə heç vaxt dəstək verməyəcəyini açıqlayıb.

TON-un investorları ilə bağlı qərar nədir: Telegram bu layihənin investorları ilə danışıqlar aparmağa davam edir. Şirkət bir il gözləməyə razı olan və ABŞ-dan olmayan investorlara zəmanətin 110% -ni ödəməyi vəd edən təklif irəli sürüb.

  • Bir həftə öncə P. Durov şirkətinin investorlara verdiyi açıqlamada, əvvəllər investorlara olan borclarını ödəmək hüququnu özündə saxlayacağını və vəd edilmiş komissiyanın yalnız bir hissəsini ödəyəcəyini deyib. “The Bell” yazıb ki, investorların çoxu bu təklifdən məmnun qalmayıb. Pavel Durovun şirkəti bütün kredit sazişlərini prioritet olaraq bərabərləşdirməyə və borcu kriptovalyuta ilə deyil, nağd pulla ödəməyə söz verib.

İşdi bizim də telegram kanalımızı izləmək istəsəniz bu linkdən istifadə edə bilərsiz!

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia