Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını elan edib.
Mayın 14-də elan olunan qərarlarda Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.
Ölkədən çıxışına qoyulmuş qadağaya etiraz edən jurnalist Sevinc Vaqifqızının hüquq pozuntusunu Azərbaycan hökuməti etiraf edib. Hökumət ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu deyib və bu işin siyahıdam çıxarılmasını xahiş edib. Bu təklif əsaslı hesab olunub və jurnalistin ərizəsi baxılacaq işlər siyahısından çıxarılıb.
Məhkəmə digər iddiaçı Georgi Nikolaevin işində də eyni nəticəyə gəlib və ərizəçiyə 5 min avro təzminat təyin edib.
Avropa Məhkəməsinin baxdığı başqa iş Azərbaycan vətəndaşı Xeyrulla Ağayevin ərizəsi üzrədir. O, 10 il əvvəl küçə yürüşündə saxlanılıb icazəsiz yürüşə qatılmaqda və polisin qanuni tələblərinə əməl etməməkdə ittiham olunaraq 7 sutka inzibati həbsə məhkum olunub.
X.Ağayev ədalətli məhkəmə araşdırması hüququnun pozunlduğunu iddia edərək Avropa Məhkəməsinə müraciət edib. Məhkəmə bu pozuntunu tanıyıb və qərara əsasən Azərbaycan hökuməti ərizəçiyə 4100 avro təzminat ödəməlidir.