Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Ştefan Şennax və Rocer Qeyl Azərbaycanla bağlı bəyanat veriblər. Məruzəçilər hakimiyyəti tənqid edənlərin təzyiqə məruz qalmasından və siyasi məhbuslarin təhlükəsizliyindən narahat olduqlarını bildiriblər.
“Biz COVID-19-la mübarizə adı altında hakimiyyətin müxalifətə qarşı genişmiqyaslı repressiyası, ifadə azadlığının və internetə çıxışın məhdudlaşdırılması barədə xeyli məlumatlar almışıq
bəyanatda deyilir.
Məruzəçilər deyir ki, 15 nəfərdən çox siyasi fəal və jurnalist karantin qaydalarını pozmaq və polisə tabe olmamaq ittihamı ilə 30 gün müddətinə qədər həbs ediliblər. Bəyanatda AXCP sədri Əli Kərimlinin faktiki təcridindən , internet və telefon xətlərinin bloklanmasından narahatlıq ifadə olunub.
Nə tələb olunur: Bəyanat Azərbaycan hakimiyyətini ifadə azadlığının qorunması ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və koronavirusla mübarizədən müxalifətə qarşı sui-istifadə etməməyə çağırıb.