Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Koronavirusdan əvvəlki pandemiyaların vaksini nə vaxt tapılıb?

18 May 2020
Hansı daha qorxuludur; “İspan qripi”, yoxsa COVID-19?

ABŞ, Vaşinqtondakı "İspan qripi" xəstələri. Foto: Harris & Ewing/ABŞ, Şimali Çarleston tibb mərkəzi Foto: Mic Smith/AP Photo. Mart, 2020

2019-cu ilin dekabrında Çində yayılmağa başlayan yeni növ koronavirus – COVID-19-un vaksini hələ də tapılmayıb. Pandemiyaya çevrilən virus dünyanın əksər ölkələrinə, iqtisadiyyata və insanların gündəlik həyatına təsir edib. Alimlər virus üçün vaksin tapmaq üzərində işləməyə davam etsələr də hələ ki, müsbət nəticə əldə edilməyib.

Koronavirus həm də dünyada meydana gələn ilk pandemiya deyil. Buna qədər də dünya əhalisi bir neçə dəfə pandemiyadan əziyyət çəkib. Bəs bu virusların vaksini onlar yayılandan neçə müddət sonra tapılıb?

İspan qripi

1918-20-ci illərdə 500 milyon insanın yoluxduğu H1N1 virusu 50-100 milyon insanın ölümünə səbəb olub. Bu rəqəm Birinci və İkinci Dünya müharibələrində ölənlərin ümumi sayından dəfələrlə çoxdur. İspan qribi 3 dalğadan ibarət olmaqla iki il davam edib. Bu qripə bir virusun səbəb olması belə 1930-cu ildə tapıldı. Vaksini isə heç vaxt tapılmayıb.

Asiya qripi

1957-ci ildə yayılan Asiya qripi 4 milyona yaxın insanın həyatına son qoyub. Elə həmin il ərzində vaksini tapılıb və pandemiyanın qarşısı alınıb. Bir il ərzində 40 milyon insan vaksin olundu.

HIV (AIDS) virusu

İlk dəfə 1959-cu ildə Konqoda tapılan virusun insanlara meymunlardan keçdiyi deyilir. Lakin onun diaqnozu və adı 1980-ci illərdə qoyulub. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan virusun müalicəsi hələ də tapılmayıb. Ancaq xəstələnəndən sonra tədbir görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.

Hazırda koronavirus haqqında da onun ikinci dalğasının olacağı ehtimalı danışılır. Ekspertlər vurğulayır ki, hazırkı karantin rejiminin yumşalmasına arxayın olmaq olmaz.

İkinci dalğa nə deməkdir?

Yeni bir qrip virusu meydana çıxanda dünyada xeyli insana yoluxur və bir müddət sonra yoluxanların sayı sürətlə azalır. Bir neçə aylıq fasilədən sonra isə virus yenidən peyda olur və çoxlu sayda insana yoluxmağa başlayır. Bu proses dünya əhalisinin böyük qisminin virusa qarşı immunitet qazanmasına qədər davam edir.

Virusun qayıtmasına nə səbəb ola bilər?

Havaların soyuması virusun yenidən canlanmasına kömək edir. Digər bir ehtimal, virusun mutasiyaya uğramasıdır. Qrip virusu daim mutasiyaya uğrayan bir patogendir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia