Şənbə, 17 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Baş Prokurorluq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan cəbhəçi ilə bağlı məlumat yayıb

19 May 2020
Baş Prokurorluq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan cəbhəçi ilə bağlı məlumat yayıb

Niyaməddin Əhmədov və Qabil Məmmədov. Foto: Turan, screenshot. Kollaj: mikroskop media

Baş Prokurorluq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan AXCP fəalı Niyaməddin Əhmədovla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, siyasi fəal Almaniyada yaşayan tanışı Qabil Məmmədovdan maliyyə alıb.

İstintaq-əməliyyat zamanı Almaniyada yaşayan mühacir Qabil Məmmədovun terrorçuluğa hazırlıq və buna açıq çağırışlar etməsi barədə əsaslı şübhələr müəyyən edilib. O həmçinin 2015-2017-ci ildə külli miqdarda özgə əmlakını mənimsəyib və cinayət məsuliyyətindən yayınmaq üçün ölkəni tərk edib. Qabil Məmmədovun 2019-cu ildə sosial şəbəkədə yayımladığı videolar vasitəsilə kütləvi aksiyalara, polis əməkdaşlarını qətlə yetirməyə, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə açıq çağırışlar etdiyi müəyyənləşib.

Baş Prokurorluğun məlumatında deyilir.

Məlumatda vurğulanır ki, Niyaməddin Əhmədov terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib, həmin pul vəsaitlərini qəbul edib.

  • N.Əhmədova Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə cinayət işi açılıb və barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
  • Hazırda axtarışda olan Qabil Məmmədovun isə Azərbaycana ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia