Cümə, 5 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Macarıstan transgenderlərə sənəddə cinsiyyəti dəyişməyi qadağan edib

20 May 2020
Macarıstan transgenderlərə sənəddə cinsiyyəti dəyişməyi qadağan edib

Budapeştdə LGBT yürüşü Foto: Atilla Kisbenedek/AFP

Macarıstan Parlamenti transgender kişi və qadınlara doğulanda sənədlərində qeyd olunan cinsiyyəti dəyişdirməyi qadağan edən qanun layihəsini qəbul edib. Baş nazir Viktor Orbanın rəhbəri olduğu “Fidesi” partiyasının irəli sürdüyü qanun layihəsinin lehinə 133 deputat, əleyhinə isə 57 deputat səs verib.

Bu o deməkdir ki, transgenderlər rəsmi sənədlərdə cinsiyyətlərini və adlarını rəsmi dəyişdirə bilməyəcəklər. Macarıstan hakimiyyəti qanun layihəsinin “gender” anlayışının hüquqi qeyri-müəyyənliyini  aradan qaldıracağını bildirir və əlavə edir ki, bu heç kimin şəxsiyyətini ifadə etməsinə mane olmayacaq.

Hüquq müdafiəçiləri nə deyir: Yerli hüquq müdafiəçiləri və LGBTQ+ fəalları qanun layihəsinin cəmiyyətdə bu qruplara qarşı ayrıseçkiliyin artıracağını deyirlər.

İllərdir intihar barədə düşünməyən insanlar artıq bu haqda düşünməyə başlayıbıar. Qorxu içində olan transgenderlər cinslərini seçəcəkləri başqa ölkəyə qaçmaq istəyirlər”

onlar bildirib.

Amnesty International hüquq müdafiə təşkilatı bəyan edib ki, bu qərar Macarıstanı qaranlıq dövrlərə doğru geri çəkir və transgender fərdlərin hüquqlarını tapdalayır: “Bu, onları yalnız ayrıseçkiliyə məruz qoymayacaq, həm də LGBTQ+ icmasının qarşılaşdığı dözümsüz və düşmən mühitini daha da dərinləşdirəcək”.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia