Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Hüquq müdafiə təşkilatı Tofiq Yaqublu ilə bağlı bəyanat yayıb

21 May 2020
Hüquq müdafiə təşkilatı Tofiq Yaqublu ilə bağlı bəyanat yayıb

Tofiq Yaqublu Foto: Azadliq Radiosu/RFERL

“Human Rights Watch” Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsindən iki ay keçməsi ilə bağlı bəyanat yayıb. Təşkilat yazır ki, həm Avropa Şurası, həm də ABŞ Bakını T.Yaqublunu azad etməyə çağırıb və hüquq müdafiə təşkilatı Amnesty International da onu vicdan məhbusu elan edib. 
“Azərbaycan hökuməti bu çağırışlara qulaq asmalı və onu azad etməlidir” – bəyanatda qeyd olunur.

Təşkilar qeyd edir ki, T.Yaqublu prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı çıxışında virusla mübarizə adı altında siyasi müxalifəti sıxışdıracağına işarə etməsindən 3 gün sonra həbs edilib:

“Hakimiyyət T.Yaqublunun həbsinə bəhanə tapmağa vaxt sərf etmədi, onu saxta xuliqanlıq ittihamıyla saxladı. Hökumətləri məhbus sayını azaltmağa, bununla da Covid-19-un yayılma riskini azaltmağa çağırırlar. Azərbaycan hakimiyyəti isə T.Yaqublunu Şüvəlandakı 3 saylı təcridxanada saxlayır. Bu təcridxana məhbus sayına, çirkli kameralarına və ventilyasiya sistemlərinə görə tənqid olunur”.

Nə baş verib: T.Yaqublu martın 22-də həbs olunub. Martın 23-də isə Nizami Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıb. Siyasi fəal Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə, silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq etməkdə ittiham olunur. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia