Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Jurnalist Camal Qaşıqçının ailəsi onu öldürənləri bağışlayıb

22 May 2020
Jurnalist Camal Qaşıqçının ailəsi onu öldürənləri bağışlayıb

Öldürülən jurnalist Camal Qaşıqçı Foto : Yasin Akgul/AFP

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının ailəsi onun qatillərini bağışladığını açıqlayıb. Bu barədə jurnalistin oğlu Salah Qaşıqçı Twitterdə yazıb: 

“Biz, şəhid Camal Qaşıqçının oğulları elan edirik ki, atamızı öldürənləri bağışlayırıq, mükafatımızı Uca Allahdan gözləyirik”.

“The Washington Post” yazıb ki, jurnalistin övladlarına milyon dollarlıq evlər verilib və hər ay hökumət onlara yüzminlərlə dollar ödəyir. Salah Qaşıqçı isə bu məlumatları təkzib edib.  

Nə baş verib: ABŞ-da yaşayan jurnalist “The Washington Post” qəzeti ilə əməkdaşlıq edir və Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edən yazılar dərc etdirirdi. 2018-ci ilin oktyabrında boşanma sənədlərini təqdim etmək üçün ölkəsinin İstanbuldakı konsulluğuna gedən jurnalist yoxa çıxdı. 

Bir neçə həftə sonra Ər-Riyadd rəsmiləri jurnalistin diplomatik nümayəndəlik ərazisində öldüyünü etiraf etsələr də, hadisənin baş verməsi barədə izahdan imtina etdilər.

23 dekabr 2019-cu ildə məhkəmə jurnalistin qətlində təqsirli hesab etdiyi 5 nəfər barəsində edam hökmü çıxarıb, daha 3 nəfər isə 24 il müddətinə azadlıqdan məhrum edilib. Məhkumların kimliyi barədə məlumat mediaya açıqlanmır.  

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia