Çərşənbə, 14 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hökuməti Ramil Səfərova görə cərimələnib

26 May 2020
Azərbaycan hökuməti Ramil Səfərova görə cərimələnib

Ramil Səfərov Foto:AFP

Avropa İnsan Haqları Məhkəməsi (AİHM)  mayın 26-da Azərbaycanla bağlı yeni qərarını açıqlayıb.

Bu, Ramil Səfərovun 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradasiyası ilə bağlı olan “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərardır. 

AİHM hansı pozuntuları tanıyıb: Məhkəmə hesab edib ki, bu iş üzrə Konvensiyanın 2-ci maddəsi, yaşamaq (Azərbaycan prosedural və substantiv, Macarıstan isə substantiv baxımdan) və ayrı-seçkiliyin qadağan olunması, yəni 14-cü maddəsinin pozuntusu baş verib.
Qərarda deyilir ki, nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci (məhkəmə işinin araşdırılması) maddəsinə əməl ediblər. Buna görə də hər iki ölkə ərizəçilər.

Təzminat nə qədərdir: Azərbaycan ərizəçilər Makuçyan və Minasyana 15 143,33 funtsterlinq, təxminən 31 346 AZN ödəməlidir. 

Nə baş verib: İşin materiallarında da deyildiyi kimi, Ermənistanın işğal etdiyi Cəbrayıl rayonunda doğulan R.Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kursuna qatılıb. 

 O, Ermənistandan olan kurs yoldaşı Qurqen Markaryanı onu təhqir etdiyi üçün qətlə yetirib və 2006-ci il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub.  
2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib və o, Azərbaycanda əfv olunub. Vəfat edən erməni hərbiçisinin ailəsi AİHM-ə şikayət edib.  

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia