Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ-dakı etiraz aksiyalarında azı 11 nəfər öldürülüb

03 İyun 2020
ABŞ-dakı etiraz aksiyalarında  azı 11 nəfər öldürülüb

“İrqçilik əsl pandemiyadır” plakatı tutan etirazçı. Los Anceles, ABŞ, 2 iyun 2020. Foto: Ashley Landis/ AP Photo

ABŞ-da günlərdir davam edən etirazlarda azı 11 nəfər öldürülüb, onlarla insan yaralanıb. Həmçinin minlərlə insan saxlanıldığı aksiyalar polis zorakılığı ilə müşayiət olunur. Paytaxt Vaşinqtonda zirehli maşınlar, hərbçilər və polis küçələrdə keşik çəkir.

Tramp nə deyir: Prezident Donald Tramp Corc Floydun ölümünü “ağır faciə” adlandırsa da, administrasiyanın zorakı xarakter almış nümayişlərə tolerant yanaşmayacağını deyib. Prezident bildirib ki, qubernatorlar küçələrdə nəzarəti bərpa etmək üçün kifayət qədər əsgər çıxarmasaqla bağlı onun tövsiyəsinə əməl etməsə, o, hərbi qüvvələri işə salacaq. Qanunvericilik prezidentə fövqəladə hallarda hərbçilərdən hüquq mühafizə məqsədilə istifadəyə icazə verir.

Etirazlara nə səbəb olub: Mayın 25-də Minnepolisdə qaradərili vətəndaş Corc Floyd onu saxlayan ağdərili polis tərəfindən qətlə yetirilib. Saxtakarlıqda şübhəli bilinərək saxlanılan C.Floydun polisinin dizinin altında boğularaq ölməsini yoldan keçən bir nəfər çəkib. Hadisədən sonra 46 yaşlı C.Floyd xəstəxanada vəfat edib.

Bundan sonra C.Floydun həbsində iştirak edən Derek Çoven və daha üç polis işdən çıxarılıb, sonradan D.Çovenə üçüncü dərəcəli qətl və adamöldürmə ittihamı irəli sürülüb. C.Floydun ailəsi və vəkilləri ittihamın birinci dərəcəyə qaldırılmalı, insidentdə iştirak etmiş digər polis əməkdaşlarına da ittiham irəli sürülməli olduğunu tələb edirlər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia