Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Tale Bağırzadəyə 3 min avro təzminat ödəyəcək

04 İyun 2020
Azərbaycan Tale Bağırzadəyə 3 min avro təzminat ödəyəcək

Taleh Bağırzadə . Foto: şəxsi arxiv/facebook

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 4-də Tale Bağırzadə və digər 6 nəfərin şikayəti üzrə qərarını açıqlayıb. Qərar şikayətçilər Səməd Məmmədov, Tale Bağırzadə, İsmayıl Məmmədov, Eldəniz Hacıyev, Əflan Səmədov, Rəşad İbrahimov və Elxan İsgəndərovun azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiası (məhkəməyə qədər həbsin qanunsuzluğu) ilə bağlı olub.

2018-ci ildə kommunikasiya edilib və hökumət ərizəçilərə qarşı məhkəməyə qədər həbs müddətinin uzun olmasını qəbul edib. Eyni zamanda hökumət şikayətçilərə dəyən ziyanı kompensasiya etməyə razı olub və təktərəfli bəyannamə təqdim edərək ərizələrin baxılacaq işlər siyahısından çıxarılmasını xahiş edib. 

Ərizəçilər bununla razılaşmasalar da, AİHM bu ərizələr üzrə araşdırmanı davam etdirməyə lüzum olmadığı, şikayətlərin siyahıdan çıxarılmasının doğru olması qərarına gəlib. 

Qərara əsasən, hökumət hər bir ərizəçiyə 3000 avro təzminat ödəyəcək. 

Nə baş verib: Tale Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb. Məhkəmə onu 20 il azadlıqdan məhrum edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia