İran vətəndaşı Mahmud Musəvi-Məcid İran İnqilab Keşikçiləri Qüds Qüvvələri komandiri Qasım Süleymaninin yerini düşmənə deyərək onun sui-qəsdində iştirak etməkdə günahlandırılır. Haber Türk yazır ki, İran onun həm də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin kəşfiyyat qurumu MOSSAD-ın agenti olduğu iddia edilir.
Nə baş verib: Yanvarın 3-də ABŞ-ın pilotsuz uçuş aparatının Bağdad Hava limanı yaxınlığında hücum etməsi nəticəsində Q.Süleymani öldürülür.
Q.Süleymani İran rejiminin ən güclü adlarından biri hesab olunurdu.