Çərşənbə, 14 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Həyat yoldaşı deyir ki, Taleh Bağırzadənin Milli Şuradan istefası xəbəri yalandır

11 İyun 2020
Azərbaycan Tale Bağırzadəyə 3 min avro təzminat ödəyəcək

Taleh Bağırzadə . Foto: şəxsi arxiv/facebook

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin Milli Şuradan istefa verməsi barədə yayılan xəbər yalandır. Bunu Mikroskop-a hərəkat sədrinin həyat yoldaşı Leyla İsmayılzadə deyib.

Bir az öncə Taleh Bağırzadə zəng vurmuşdu,məlum xəbəri ona oxudum, bildirdi ki, bu, ona aid deyil, onun adından yayılmış xəbərdir. Lakin Cəmil Həsənlinin yazdığı doğrudur.

L. İsmayılzadə bildirib.

Onun istefa mətninin yayıldığı Facebook səhifəsində nə baş verdiyi də araşdırılır. L.İsmayılzadə səhifənin oğurlanıb-oğurlanmadıqları barədə dəqiq məlumatının olmadığını deyib.

Araşdırırıq ki, səhifədə o mətni kim yayımlayıb.

L İsmayılzadə

Müsəlman Birliyi hərəkatının sədr müavini Elçin Qasımov da yayılan xəbəri təkzib edib.

Hərəkatın lideri Taleh Bağırzadə 2013-cü ildə hələ Müsəlman Birliyi Hərəkatı təsis olunmamışdan öncə Milli Şuraya dəstək verib və bu gün də dəstək verməkdədir. Adından yayılan Milli Şuranı tərk etmək məsələsi təmamilə yalan məlumatdır. 

Elçin Qasımov

Nə baş verib: Report informasiya agentliyi bu gün Taleh Bağırzadənin Milli Şuradan istefa verməsi barədə məlumat yayıb. Məlumat hərəkat sədrinin “Facebook” səhifəsinə istinadən yayılıb. İstefa mətnində Taleh Bağırzadə Milli Şuradan istefasını bu qurumun cinsi azlıqları müdafiə etməsi və bunun da İslam dininə zidd olması ilə əlaqələndirib.

Taleh Bağırzadə kimdir: MBH sədri Tale Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb. Məhkəmə onu 20 il azadlıqdan məhrum edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia