“Twitter” sosial şəbəkəsi Türkiyədə 7340 hesabı siyasi manipulyasiya qaydalarını pozduqlarına görə bloklayıb. BBC yazır ki, bloklanan hesabların Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) gənclər təşkilatının fəaliyyəti ilə əlaqəli olduğu aşkarlanıb.
Texniki göstəricilərinə, davranışlarına əsasən, saxta və oğurlanmış hesabların AKP-yə və prezident Ərdoğana ciddi dəstək verdiyi müşahidə edilib. Bu hesablarla bağlı araşdırmalar Avstraliya Strategiya Siyasəti İnstitutu (ASPI) və Stanford İnternet Rəsədxanası (SİO) ilə birlikdə aparılıb”
deyə “Twitter” açıqlamasında bildirib.
Twitter sözügedən hesabların 5 GB-lıq tvit, 821 GB-lıq media arxivi olduğunu da vurğulayıb.