Çərşənbə, 14 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan-Rusiya sərhədində baş verənlərlə bağlı nələri bilirik?

16 İyun 2020
Azərbaycan-Rusiya sərhədində baş verənlərlə bağlı nələri bilirik?

Azərbaycan-Rusiya sərhədində qalan Azərbaycan vətəndaşları. 15 iyun,2020 Foto: echo_dagestana/Instagram

İyunun 15-dən 16-a keçən gecə Dağıstanın Qullar qəsəbəsində aksiya keçirilib.

Səbəb: Rusiya-Azərbaycan sərhədində iki aydan çoxdur gözləyən azərbaycanlılar ölkəyə buraxılmağı tələb edib. Çadır düşərgəsində və müvəqqəti yaşayış yerlərində 600 azərbaycanlı olduğu deyilir.

Nə baş verib: Azərbaycana cəmi 240 nəfərin buraxılacağı məlum olduqdan sonra vəziyyət gərginləşib, insanlar asfalt zavodunun qarşısındakı meydanda toplaşıb. Etirazçıların bir qismi sərhədə doğru irəliləməyə çalışıb. Bu zaman polis onların yolunu kəsib , gözyaşardıcı qaz və dəyənəklərdən  istifadə edərək aksiyanı dağıdıb.

Hazırda vəziyyət necədir: Hadisə şahidlərinin sözlərinə görə, aksiya zamanı Rusiya OMON-u ilə qarşıdurma zamanı azı 50 nəfər azərbaycanlı xəsarət alıb, 100-120 nəfər saxlanılıb. İki nəfərin vəziyyəti ağırdır.

Azərbaycan rəsmiləri nə deyir: Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirib.

“Samur” sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq.

Azərbaycanla Rusiya sərhədi koronavirus pandemiyası ilə bağlı görülən tədbirlərlə əlaqədar olaraq 18 mart saat 00.00-dan etibarən bağlıdır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia