Cümə, 18 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Türkiyə ordusu İraqın şimalında hərbi əməliyyata başlayıb

17 İyun 2020
Türkiyə ordusu İraqın şimalında hərbi əməliyyata başlayıb

Türkiyə ordusuna məxsus F-16 hərbi təyyarəsi havaya qalxır. Foto: Selcan Hacaoglu/ AP Photo

Türkiyə ordusu İraqın şimalındakı Haftanin bölgəsində hərbi əməliyyatlara başladığını açıqlayıb. Türiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Pəncə-Pələng” adlı əməliyyatın keçirilməsində məqsəd ölkə sərhədləri üçün təhlükəli hesab olunan PKK-nı zərərsizləşdirməkdir.

#Pençe-Kaplan Operasyonu başladı.
Kahraman Komandolarımız Haftanin’de!🇹🇷

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 16, 2020

Türkiyə Ordusu bölgəyə hava hücumundan müdafiə qüvvələri və eləcə də pilotsuz təyyarələrlə girib.

Əməliyyatla bağlı Twitter-də məlumat yayan nazirliyin açıqlamasında o da qeyd olunub ki, bu əməliyyat beynəlxalq hüquqa zidd deyil:

Bu əməliyyat PKK və digər terrorçu ünsürlərin son vaxtlar polis məntəqələrimiz və hərbi bazalarımıza hücumlarının artması ilə əlaqədar olaraq beynəlxalq hüquqa əsasən bizim qanuni müdafiə haqqımız çərçivəsində icra edilir.

Nə baş verib: Türkiyə əsasən İraqın şimalında və cənub-şərqindəki Kürdüstan bölgəsində mənzillənən PKK silahlılarını mütəmadi olaraq hədəf alır.

PKK nədir: Türkiyə, ABŞ və Avropa Birliyinin terror təşkilatı kimi tanıdığı PKK (Kürd İşçi Partiyası) 1984-cü ildə Türkiyəyə qarşı savaşmağa başlayıb. Bu konfliktdə indiyə qədər 40 mindən çox insan öldürülüb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia