Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Belarusda prezident seçkiləri Lukaşenkonun istədiyi kimi getmir

19 İyun 2020
Belarusda prezident seçkiləri Lukaşenkonun istədiyi kimi getmir

Belarus prezidenti Aleksandr Lukaşenko Foto:Vasili Fedosenko /reuters

Avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək və uzun müddət sonra ilk dəfə nəticələr gözlənilməz ola bilər. BBC yazır ki, hazırkı prezident Aleksandr Lukaşenkonun 26 illik hakimiyyətindən sonra insanlar siyasətdə az tanınan və təcrübəsiz namizədlərə səs verməyə belə hazırdırlar. Əsas odur ki, hakimiyyət dəyişsin.

Lukaşenko buna təzyiqlə cavab verir; həbslər və axtarışlar. Bütün bunlar isə pandemiya, iqtisadi böhran fonunda həm Moskvanın, həm də Qərbin öz problemləri ilə məşğul olduğu bir vəziyyətdə baş verir.

ПСИХ03%

İyunun 12-də polis paytaxt Minskin məşhur hədiyyə və suvenir dükanına gedən 400 köynəyi nəzarətə götürür. Mağaza sahibi və təchizatçı sənədləşmə ilə bağlı hər şeyin qaydasında olduğun deyir. Hər ikisi dərhal iqtisadi cinayətlərə qarşı mübarizə idarəsi, vergi müfəttişliyi və sanitariya xidməti tərəfindən nəzarətə götürülür. Köynəklərdə ПСИХ03% (Psixoz 3%) yazılıb. 

Üç faiz (Prezidentin sarkazmatik “Saşa 3%” ləqəbi ilə) hazırki prezident A.Lukaşenkonun onlayn sorğularda topladığı səsdir. Bir neçə qeyri-hökumət mediasında keçirilən bu sorğularda alternativ namizədlər isə 20-40% səs toplayıb.

Bu arada 2012-ci ildə Belarusun İnzibati Xətalar Məcəlləsinə “Rəy sorğularının qeyri-qanuni aparılması” maddəsi daxil edilib. 

Lukaşenko və digər namizədlərin reytinqi ilə bağlı rəsmi məlumat yoxdur, müstəqil sosioloji institutlar isə ölkədən qovulub.

Prezident Lukaşenko pandemiya zamanı ciddi təcrid tədbirləri görən ölkələrin hökumətlərinin reaksiyasını “psixoz” və “koronapsixoz” adlandırıb. Belarus  hakimiyyəti bunlarsız keçinməyi qərara aldı – Minsk 9 May Qələbə Günündə izdihamlı parad keçirdi, ölkədə restoranlar, stadionlar və bərbərlər işləyir, tədris prosesi isə yalnız qısa müddətlik dayandırıldı. Rəsmi məlumatlara görə, Belarusda 55 mindən çox yoluxma qeydə alınıb.

Seçki kampaniyası zamanı Lukaşenko tez-tez emosionallıq nümayiş etdirir. Kampaniyasına yeni başlasa da, artıq onlarla adam həbs edilib.

Düşünürəm ki, Lukaşenko avqustun 9-da qalib olsa da bunun heç bir mənası yoxdur. Artıq ölkə avqustun 9-dan əvvəl və sonra indiki kimi olmayacaq. Lukaşenko onsuz da “topal ördək”dir, qısa müddətdə gedəcək insandır”

Avropa Dialoq Mərkəzinin rəhbəri Anatoli Lebedko bildirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia