Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bakıda transgender qadın bıçaqlanaraq qətlə yetirilib

22 İyun 2020
Bakıda transgender qadın bıçaqlanaraq qətlə yetirilib

Qətlə yetirilən transgender qadın Aysu Məmmədli

Bir neçə gün əvvəl Bakıda seks işçisi kimi fəaliyyət göstərən transgender qadın Aysu Məmmədli özünü müştəri kimi təqdim edən şəxs tərəfindən bıçaqlanıb. LGTB fəalı Seymur Nazarın verdiyi məlumata görə, hadisə iyunun 18-də baş verib. A.Məmmədli aparıldığı ünvanda 11 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Azərbaycanda transqadınlar başqa sahələrdə işə götürülmədikləri üçün, əksəriyyəti seks işçiliyi ilə məşğul olur, Aysu da həmçinin. Özünü müştəri kimi təqdim edən şəxs ona böyük məbləğdə pul təklif edib və birlikdə ərazini tərk ediblər  

S.Nazar deyib.

Qətl necə baş verib: LGBT fəalı deyir ki, Aysu ilk olaraq boğaz nahiyəsindən bıçaqlanıb və döyülüb. Daha sonra isə kürəyindən 5 bıçaq zərbəsi alıb. Cinayətdən 14 saat sonra blokda qan izini görən qonşular polisə məlumat verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.  

Dostları nə deyir: Qətlə yetirilən Aysu Məmmədlinin dostları hesab edir ki, o, başqa yerdə qətlə yetirildikdən sonra həmin evə sürüklənərək gətirilib. Buna əsas kimi də Aysunun diz və ayağında olan cızıqlar göstərilir. Bloger Ata Abdullayev bir neçə ay əvvəl onun videosunu çəkib və paylaşıb. A.Məmmədli ölümündən 2 gün əvvəl saç ustasına deyib ki, həmin videodan sonra dayısı onu ölümlə təhdid edib. Lakin o, hələ ki, istintaqa cəlb edilməyib.

Növbəti gün, iyunun 19-da isə “20 yanvar” metro stansiyası yaxınlığında adının açıqlanmasını istəməyən başqa bir transqadına bıçaqla hücum edilib. O, boynundan və çiynindən bıçaqlayıb. Trans qadın özünü maşından ataraq həyatını xilas edib. Həmin şəxs saxlanılıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia