Çərşənbə axşamı, 9 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Nardaran məhbusu Abbas Hüseyn deyir ki, həyatı təhlükədədir

22 İyun 2020
Taleh Bağırzadə 5, Abbas Hüseyn 2 gündür ki, aclıq aksiyası keçirir

Abbas Hüseyn və Taleh Bağırzadə. Foto: azadxeber

“Müsəlman Birliyi” Hərəkatının üzvü, Nardaran məhbusu Abbas Hüseyn həyatının təhlükədə olduğunu deyir. O, bu barədə ictimaiyyətə ünvanladığı məktubunda yazıb. Abbas Hüseyn bildirir ki, pandemiyaya görə məhbuslara sovqat gətirilməsi qadağasına etiraz məqsədilə aclıq aksiyası keçirdiyinə görə cəzalandırılıb:

Etirazlarıma görə məni cəza olaraq 3 həftə hamamdan, ailəmlə telefon zənglərindən məhrum etdilər. İki dəfə ardıcıl karsa salındım. Rəis və müavinləri məni ağzıüstə yerə yıxıb təhqir edir, öldürüb adını intihar qoymaqla hədələyirdilər. Üstümə 20-25 nəfər dəyənəkli nəzarətçi göndərdilər, qaldığım kameranı dağıtdılar, bəzi əşyalarım yoxa çıxıb. Bir aya yaxındır ki, əslində pulsuz olan konvert üçün pul versəm də, mənə məktub yola salmağa imkan verilmir. Məktubların hamısını rəis oxuyur

Nardaran məhbusu deyir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna ilə görüşdən sonra ona qarşı münasibət daha da sərtləşib:

Bəzi dustaqların əliylə həyatıma təhlükə yaratmaq istəyirlər. Göz görə-görə mənə qarşı təxribat hazırlayırlar. Hər gün fiziki işgəncədən betər psixioloji zərbələr alıram.

Abbas Hüseyn kimdir: A.Hüseyn 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia