Cümə axşamı, 14 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Səhiyyə Nazirliyi Oqtay Şirəliyevin görünməməsinin səbəbini açıqlayıb

23 İyun 2020
Səhiyyə Nazirliyi Oqtay Şirəliyevin görünməməsinin səbəbini açıqlayıb

İllustrasiya: mikroskop media

Səhiyyə naziri Oqtay Şirəliyev Operativ Qərargahın keçirdiyi 21 brifinqin heç birində iştirak etməyib.

Mikroskop Media nazirin brifinqlərdə iştirak etməməsinin səbəbi barədə məlumat almaq üçün Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib ki, brifinqlərə kimin çıxacağı barədə qərarı Operativ Qərargah verir.

Yanvarın 1-dən ölkədə bütün dövlət tibb müəssisələri TƏBİB-in tabeliyinə verilib, müayinə və müalicə məsələlərinə bu qurum cavabdehdir. Müalicə prosesinə cavabdeh qurum kimi də brifinqlərə TƏBİB nümayəndələri çıxır. Brifinqlərə kimin çıxacağı barədə qərarı Operativ Qərargah verir.

Elvin Hacıyev

Nə baş verib: Fevralın 27-də COVID-19 pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq, profilaktik tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Operativ Qərargah nə iş görür: Qərargah yaradıldığı gündən indiyədək 21 brifinq keçirib və bu brifinqlərdə vəziyyətlə bağlı əhalini məlumatlandırıb, brifinqə buraxılan jurnalistlərin suallarını cavablandırıb.

Niyə “brifinqə buraxılan jurnalistlər”: Operativ Qərargahın keçirdiyi brifinqlərə müstəqil jurnalistlərin girişinə icazə verilmir. TƏBİB-in sözcüsü Rəvanə Əliyeva bunu hansısa siyahı ilə əsaslandıraraq, jurnalistlərin dəvətlə həmin brifinqlərdə iştirak etdiyini açıqlayıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia